Keçmiş vergi işçisi illik hesabat hazırlaya bilmir? - İDDİA

Keçmiş vergi işçisi illik hesabat hazırlaya bilmir?
Hələ keçən günlərdə məlumat verərək bildirmişdik ki, bir sıra rayon icra hakimiyyəti başçıları 2018-ci ilin yekunları ilə bağlı hesabatlarını hazırlamaqda çətinlik çəkirlər. Buna səbəbsə veriləcək hesabatların dövlətin müvafiq qurumları tərəfindən yaxşıca analiz ediləcəyi xəbəridir. DİA.AZ-a verilən informasiyalardan aydın olur ki, belə bir çətinliklə üz-üzə qalan başçılardan biri də hazırda Qazax rayonuna rəhbərlik edən Rəcəb Babaşovdur.

Dia.az-a danışan məlumatlı mənbə bildirir ki, Rəcəb Babaşov buna qədər Vergilər Nazirliyində çalışsa da, məlum hesabatı hazırlama problemini yaşayır.

Mənbənin dia.az-a söylədikləri: "Ona görə yox ki, Babaşov savadsızdır və maliyyə sahəsinə bələd deyil. Əksinə... Sadəcə olaraq yaxşı bilir ki, bu hesabatı ona təkcə vəzifə bahasına yox, həm də azadlığı bahasına başa gələ bilər. Hər halda dövlətin pullarını hansı ünvana xərclədiyini dəlillərlə təsdiqləməlidir".

Qeyd edək ki, Rəcəb Babaşov kurasiya baxımından Fazil Məmmədova yaxın fiqur hesab olunub və məhz bi səbəbdən də Fail Məmmədovun gedişinin ardından mövqeləri kifayət qədər zəif düşüb.

Əlavə bilgilərimiz olacaq. İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
 
Tarix: 10-12-2018, 14:14
Xəbəri paylaş





Xəbər lenti