CƏLİLABAD MƏKTƏBİNDƏ ŞƏHİDLƏR LÖVHƏSİ ZİBİLLİYƏ ATILDI

 Cəlilabad rayon 2 saylı tam orta məktəbə aid olduğu iddia edilən birabırçı fotolar yayılıb.

Adıçəkilən məktəbdə çəkildiyi iddia edilən fotoda Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş şəhidlərin xatirəsini əbədiləşdirmək üçün asılan lövhə yerdə - zibil qabının yanında atılıb. 

Bu həm şəhidlərə, həm də bütünlüklə Azərbaycan xalqına olan böyük hörmətsizlikdir. Məktəbdə yetişməkdə olan gənc nəsilə vətənpərvərlik ruhu aşılamaq əvəzinə bu cür mənzərələ seyirçi qalan məktəb rəhbərliyi birbaşa məsuliyyət daşıyır.

Mövzu ilə əlaqədar məktəblə əlaqə saxlamağa çalışsaq da telefonlarımıza cavab verən olmadı.(Teref.az)
Tarix: 14-12-2018, 22:29
Xəbəri paylaş





Xəbər lenti