İsmayıllıda kuryoz hadisə: kəndin adı lövhədən, yol pulu büdcədən silinib /FOTO VİDEO




İsmayıllıda kuryoz hadisə: kəndin adı lövhədən, yol pulu büdcədən silinib /FOTO VİDEO











DogruXeber.az informasiya agentliyinin xəbərinə görə► ► ► Belə kuryoz saxtakarlıq ancaq “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin ağlına gələr. İngilis ya da bir polyak eşitsə, gözləri hədəqəsinə çıxar.

Təsəvvür edirsinizmi, Böyük Britaniyanın baş naziri Tereza Mey Liverpul şəhərinin hansısa iki kəndinə gedən təzə çəkilmiş asfalt örtüyünün açılışına gedir və Yol Agentliyinin rəhbəri ona yalan danışır.

Məlum olur ki, layihədə nəzərdə tutulan kəndlərdən birinin adı yolun üstündəki lövhədən silinib, iki kənddən birinin asfaltı çəkilməyib. Nonsensdir?- bizdə yox!

Belə absurd hadisə İsmayıllıda olub. Bu barədə rayon sakinləri DogruXeber.az informasiya agentliyinin redaksiyasına müraciət edərək hadisə barədə təfərrüatlı məlumatlar veriblər.

Sakinlərin sözlərinə görə, avqustun 25-də prezident İlham Əliyev İsmayıllının Muğanlı-İsmayıllı-Mingə-Keyvəndi-Şəbiyan-Bəhliyan avtomobil yolunun açılışında iştirak edib.

Ölkə başçısına məlumat verilib ki, yolun uzunluğu 9 kilometr, hərəkət hissəsinin eni isə 6 metr olan yol dördüncü texniki dərəcəyə aiddir.

Ancaq “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi tərəfindən çəkilən yolun 9 yox, 6,3 kilometr olduğu elə video kadrlardan da görmək olur. Yeni çəkilən yol Bəhliyan kəndində başa çatır.

Layihədə isə Bilistan kəndinə qədər çəkilməsi nəzərdə tutulub və 9 kilometri əhatə edib. Həmin lövhədə Bilistan kəndinin adı da göstərilib.

Di gəl ki, çoxbilmişlər prezidentin gəldiyi gün Bilistanın adını lövhədən siliblər. Dəhşət. Heyrətamiz. İnanılmaz. Ən kustar saxtakarlığa yol verilərək Bilistanın adı lövhədən çıxarılıb.

Səbəb? Çünki yerdə qalan 3 kilometr asfalt örtüyü çəkilməyib. Ona ayrılan dövlət vəsaiti isə çırpışdırılaraq mənimsənilib. Böyük məbləğlər böyük insanların ciblərində!

Sakinlərin bildirdiyinə görə “AAYDA” rəhbəri Saleh Məmmədovun ölkə rəhbərinə yalan məlumat verib. Burada agentliyin rəhbəri S.Məmmədov görünür ki, həm Bilistan camaatını yolsuz qoyub, həm də ölkə rəhbərliyini aldada bilib.

Qeyd edək ki, iki hərəkət zolaqlı yola asfalt-beton örtüyü çəkilib. Yol üzərində suötürücü borular, siqnal dirəkləri, yol nişanı və göstərici lövhələr quraşdırılıb, yol cizgi xətləri çəkilib. Lakin bütün bunlar yalandır, yol 6.3 kilometrdə bitib.

Rəsmi sənədlərdə isə 2 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisi məqsədi ilə 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5,4 milyon (beş milyon dörd yüz min) manatı ayrılıb.

Beləcə, 5 milyon, 400 min manatdan Bilistan adı ilə nə qədər mənimsənildiyi qaranlıq olaraq qalır. Ümid edirik ki, “AAYDA” tərəfindən məsələyə aydınlıq gətiriləcək, əgər aydınlıq nəsə qalıbsa…

İsmayıllıda kuryoz hadisə: kəndin adı lövhədən, yol pulu büdcədən silinib /FOTO VİDEO
İsmayıllıda kuryoz hadisə: kəndin adı lövhədən, yol pulu büdcədən silinib /FOTO VİDEO
İsmayıllıda kuryoz hadisə: kəndin adı lövhədən, yol pulu büdcədən silinib /FOTO VİDEO
İsmayıllıda kuryoz hadisə: kəndin adı lövhədən, yol pulu büdcədən silinib /FOTO VİDEO
İsmayıllıda kuryoz hadisə: kəndin adı lövhədən, yol pulu büdcədən silinib /FOTO VİDEO
İsmayıllıda kuryoz hadisə: kəndin adı lövhədən, yol pulu büdcədən silinib /FOTO VİDEO

T
Tarix: 16-12-2018, 16:17
Xəbəri paylaş





Xəbər lenti