Qazaxda başçının açılışını etdiyi baxça bazar imiş... - GİLEY


Qazaxda başçının açılışını etdiyi baxça bazar imiş...
"Biz ümid edirdik ki, təzə başçı və onun vəzifəyə gətirdiyi kadrlar düz işləyəcək, amma indi aldadıldığımızı görürük". Bu ifadələr Qazaxdan DİA.AZ-a müraciət edən narazı vətəndaşın gileyində yer alıb.

Müraciət müəllifi bildirir ki, adının açıqlanmasını istəmir: "Yəqin bizim başçıdan yazılanları oxuyursunuz, deyilənləri eşidirsiniz. Mən də rayonda yaşamaq istəyirəm, qaçaq düşmək istəmirəm".

Dia.az-a danşılan narazı vətəndaş bildirir ki, bu ilin avqust ayından açılışı olan rayondakı 95 yerlik 3 saylı körpələr evi-uşaq bağçası əslində bazar kimi fəaliyyət göstərir.

Dia.az-a deyilənlər: "Nəvəmi əbbəlki bağça müdirəsinin vaxtından növbəyə yazdırmışam. İndi gedirəm, rədd cavabı verir. Təzə müdirə Ülkər xanım deyir ki, "Yer yoxdur". Amma sonradan başqalarının, öz qohumlarının uşaqlarını bağçaya qəbul elətdirir. Belə də şey olar? Biz ümid edirdik ki, təzələr yaxşı işləyəcək, Amma təzələr köhnələrin ölənlərinə rəhmət oxutdurur. Elə bil bağça deyil, bazardır".

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...
 
Tarix: 17-12-2018, 09:59
Xəbəri paylaş





Xəbər lenti