Azərbaycan hökuməti son illərdə ölkənin regionlarının inkişafı üçün çox səy göstərir. Prezident İlham Əliyev dəfələrlə bildirib ki, regionların inkişafı, onlarda yeni iş yerlərinin açılması dövlət siyasətinin prioritet istiqamətidir. Bu məqsədlə xüsusi dövlət proqramları qəbul edilib və artıq reallaşır, həmçinin kənd təsərrüfatının pambıqçılıq, heyvandarlıq və tütünçülük kimi sahələrinin intensifikasiyası üzrə.
Eyni zamanda, dövlət başçısının bir neçə dəfə vurğuladığı kimi, regionların inkişafı üzrə dövlət proqramlarının reallaşdırılmasında özəl sektor xüsusi rol oynayır, çünki davamlı inkişaf dövlət orqanlarının və şəxsi kapitalın birgə fəaliyyəti olmadan mümkün deyil.
Ağdaşdan həyəcanlı siqnal
Prezidentin göstərişlərinə baxmayaraq, öz vasitələrini doğma regionun inkişafına qoymağa qərar vermiş sahibkarlar tez-tez yerli məmurların laqeydliyi, bəzən isə tam əks fəaliyyətləri ilə rastlaşırlar. Yeri gəlmişkən, virtualaz.org indiyədək bu problemə onlarla məqalə həsr edib.
Yerli rəhbərliyin sahibkarlara yaratdığı əngəllər haqda növbəti siqnal Ağdaş rayonundan gəldi. Sakinlər yerli bazarın dəhşətli vəziyyəti ilə bağlı, hansı ki, sözün həqiqi mənasında palçığın içərisində batır, şikayət edirdilər.
Redaksiyamıza göndərilən şəkillər həqiqətən də adamı dəhşətə gətirirdi: mallar – balıqdır, toyuqlar, tərəvəzlər - düz torpağın üstünə düzülüb, hansı ki, yağışlı havada bataqlığa çevrilir. Eyni zamanda Ağdaşda yeni, müasir standartlara cavab verən bazar var, hansı ki, necə olubsa, bir neçə il boyunca praktiki olaraq sahibsizdir. Bakıda ola-ola bazarın nümayəndələrini tapmaq, ticarət obyektinin nə üçün fəaliyyətsiz qaldığını öyrənmək mümkün olmadı. Buna görə də virtualaz.org-un müxbiri Ağdaş rayonuna ezamiyyətə yollandı.
Ağdaşın mərkəzində iki bazar var
Yeni bazarı tapmaq çətin olmadı – o, şəhərin mərkəzindədir və onun azsaylı müasir tikililərindən biridir. Böyük bazar, sanki məmur səhlənkarlığının və özbaşınalığın abidəsi kimi, çox olmayan şəhər landşaftının “bəzəyi”nə çevrilib. Buranın ticarət obyekti olduğunu yalnız girişdə bir neçə “Qazel"in dayanmasından, hansılarda ki, tərəvəz və meyvələr satılır, anlamaq olar. Amma ticarət o qədər zəif gedir ki, azsaylı satıcılar başlarını öz aralarında söhbət etməklə qatırlar.
Bazarın rəhbərliyini də kifayət qədər tez tapa bildik. Orta yaşlı İlham Sadıqov burada jurnalistin peyda olmasına son dərəcə təəccübləndi. Görünür, KİV nümayəndələri, özü də Bakıdan, kənar yerlərdə nadir hallarda olurlar. Bazarı göstərmək xahişinə cavabında İlham Sadıqov əvvəlcə fəaliyyət göstərən bazara baş çəkməyi təklif etdi, dedi ki, onun tabeçiliyindəki təsərrüfatı sonra gözdən keçirərik.
Bu zibilliyi bazar adlandırırlar
İşləyən ticarət müəssisəsi işləməyəndən təxminən bir kilometr aralıda yrləşir. Burada xoşagələsi heç nə gözə dəymir: tamamilə palçığa bulaşmış sahədə kortəbii alış-veriş gedir. Sıx quraşdırılmış piştaxtaların arasında müştəri gözləməkdən darıxan satıcılar gəzişirlər. Təklif edilən malların çeşidi isə kifayət qədər genişdir - burada balıq və toyuqlar var, həm diri, həm də bölünmüş şəkildə. Bir neçə sıra tərəvəz və meyvələrlə tutulub. Ət satılan yer isə ayrı bir aləmdir. Palçığa qarışmış qan və qorxunc üfunət adamın buradan nə isə almaq arzusunu tamamilə öldürür.
Hiss olunur ki, burada istənilən yad insanın peyda olması bir canlanma yaradır. Satıcılar bir-birinin sözünü kəsərək təsadüfi ziyarətçiyə öz malını təklif edir və and içirlər ki, bütün Ağdaşda ondan daha yaxşısını tapmaq mümkün deyil. Diri quşla ticarət edən kişi xüsusi çalışqanlığı ilə daha çox fərqlənirdi... Bir sözlə, gördüklərimiz bizdə, yumşaq desək, iyrənc təəssürat yaratdı...
“Belə qorxunc, antisanitariya şəraitində necə işləmək olar” sualına cavab olaraq satıcılardan biri bildirdi ki, hələ biz yaxşı vaxtda gəlmişik, adətən burada vəziyyət daha pis olur. Ona görə “yaxşı vaxtda” ki, Ağdaşda artıq dörd gün idi yağış yağmamışdı və bazar tam palçığın içində deyildi. Doğrudan da, yağışlı havada burada nələrin baş verdiyini hətta təsəvvür etmək belə qorxuludur. Söhbət etdiyimiz satıcıların hamısı az qala bir səslə bizi inandırmağa çalışırdılar ki, həvəslə yeni bazara işləməyə keçərdilər, amma orada müştəri yoxdur. Onlar isə az da olsa, gündəlik qazancsız qalmaq istəmirlər, çünki hamısının ailəsi var...
Ticarətçilər müştəriləri itirməkdən qorxurlar
Bəli, belə acı təəssüratlarla İlham Sadıqovun “ekskursiya” vəd etdiyi yeni bazara qayıtdıq. Bu dəfə biz direktoru topdansatış təchizatçıları ila söhbət edən gördük. Bir neçə topdansatış taciri girişdə nəsə sata biləcəkləri ümüdi ilə tərəvəz və meyvələri bura gətirirlər. Obyektin bütün qalan ərazisi qəbiristanlığı xatırladır –hər tərəf boş və səssizdir.
İlham Sadıqovun sözlərinə görə, yeni bazar dörd il əvvəl tikilib və üç hektar ərazini əhatə edir. Burada ticarət üçün bütün rahatlıqlar nəzərdə tutulub: geniş sıralar, qəssablar üçün kondisionerlərlə təchiz edilmiş xüsusi yerlər, soyutma kameraları...
Hər satıcıya bir mağaza…
Hər bir tacir üçün bütün rahatlıqlarla ayrıca yer nəzərdə tutulub, ən əsası, burada köhnə bazardakı kimi palçıq və üfunət yoxdur. Bəs tacirlər niyə işləməyə bura keçmirlər? Bəlkə, obyektin sahibi icarə haqqını həddindən artıq artırıb? Regionlarda insanlar hər manata qənaət edirlər və hansısa rahatlıqlara görə əlavə pul verməzlər...
Bazarın direktoru gülümsünür: "Biz bütün tacirləri icarə haqqından minimum yarım il azad etdik. Və onlara söz verdik ki, gələcəkdə onun dəyəri köhnə bazarda ödədikləri həddi ötməyəcək”.
Boş qalan ət sıraları
İ.Sadıqov danışır ki, tacirlər bazara gəldilər və burada onlar üçün yaradılmış bütün şəraiti gördülər. Və onlar həvəslə yeni yerdə ticarət etməyə başlayardılar, amma ehtiyat edirlər ki, burada alıcı tapa bilməyəcəklər.
"Onları da anlamaq olar. Onlar öz ailələrini dolandırmağa çalışırlar və nə qədər yaxşı olsa da, yeni bazara keçməyə risk etmirlər. Məncə, yalnız bir çıxış yolu var- bütün köhnə bazarı bura köçürmək. Amma bu qərar rayonun və ya bələdiyyənin rəhbərliyi tərəfindən qəbul edilməlidir”, - deyə bazarın direktoru vurğulayır.
İlk baxışda belə təəssürat yaranır ki, nə problem var, axı köhnə bazarda tacirlərin işləməyə məcbur olduqları şərait bütün rayon üçün biabırçılıqdır və istənilən icra hakimiyyətinin başçısı ticarət obyektinin köçürülməsində maraqlı olardı. Və heç nə də tikmək lazım deyil – fərdi sahibkarlar kifayət qədər dövlət vəsaitinə qənaət edib artıq müasir bazar tikiblər. Amma sadə məntiq Ağdaşda nədənsə işləmir. Yerli hakimiyyət inadkarlıqla mövcud problemə fikir vermir və şəhərin mərkəzindəki antisanitariya şəraitində aparılan kortəbii ticarətə göz yumur. Bu nədir? Səhlənkarlıq, tamahkar marağı və ya hamısı birlikdə?
Bu suala neçə illərdir İlham Sadıqov da cavab tapa bilmir: "Neçə vaxtdır ki, bazarın köçürülməsinə nail olmağa çalışırıq. Özləri görürlər ki, köhnədə nələr baş verir. Orada büsbütün antisanitariyadır. Hətta ölkənin Qida Təhlükəsizliyi Agentliyinin qətnaməsi var ki, belə şəraitdə alver aparmaq yolverilməzdir. Amma, necə deyərlər, “köhnə hamam, köhnə tas”dır. Rayonun başçısı vaxtaşırı müşavirələr keçirir, ora bizi də dəvət edirlər və bazarın köçürülməsi haqqında məsələ qalxır, amma bütün bunlar söz və vəd olaraq qalır".
“Köhnə hamam, köhnə tas...”
İ.Sadıqovun sözlərinə görə, yeni bazarın sahibləri hətta ticarəti yeni yerə köçürmək üçün köhnə bazarın ərazisini almağa çalışıblar, Amma məlum olub ki, fəaliyyət göstərən ticarət müəssisəsində, çoxlu sayda səhmdarlar olsa da, bir sıra məcburi sənədlər yoxdur.
"Köhnə bazarın rəsmi sahibkarlarını müəyyən etmək istəyərkən bir yığın problemlə rastlaşdıq. Aydın oldu ki, orada sənədlərlə hər şey qaydasında deyil. Bazarın ərazisi nə vaxtsa “Parabank”da böyük kredit müqabilində girov qoyulub, ancaq bu bank indi faktiki olaraq işləmir. Biz bu bazarı ala bilərdik, amma belə çıxır ki, bizə “hava üçün” pul verməyi təklif edirlər", - deyə İ.Sadıqov inandırır.
Başqa sözlə, Ağdaşda yerli bazarla bağlı vəziyyət olduqca dolaşıqdır və mahiyyət etibarı ilə absurddur. Digər tərəfdən, yerli hakimiyyət və bələdiyyə, hansılar ki, inadkarlıqla ona fikir vermirlər, anlaşılmayan səbəblərdən ticarəti yeni yerə köçürməkdən də imtina edirlər.
Virtualaz.org
Tarix: 22-12-2018, 16:20