Ölkənin qocaman məmurlarından olan Sabirabadın icra başçısı Nazim İsmayılovun da kadr islahatları nəticəsində vəzifədən uzaqlaşdırılması gözlənilir.
Cahan.info sosial şəbəkələrdə yerli sakinlərin yazdıqlarına istinadən məlumat verir ki,N.İsmayılov Sabirabadın ən çox qalmaqalla diqqət mərkəzinə gəlmiş başçısıdır.
Bundan öncə rayona rəhbərlik etmiş icra başçıları haqda mətbuat bu qədər yazmayıb. N.İsmayılov isə gah oğlanlarının əməlləri, gah qardaşı oğlunun hərəkətləri, gah özbaşınalıqları ilə gündəmə gəlir.
2001-ci ildən Göyçay, Şamaxı və Sabirabad rayonlarına başçılıq edən 64 yaşlı icra başçısı bu və digər yollarla topladığı milyonları özünün və ailəsinin lüks həyatına sərf edir.
Bakıda bir neçə villası, yüzminlərlə manat dəyərində maşınları, başqa dəyərli obyektləri olan Nazim İsmayılov hər zaman övladları ilə bağlı gündəmdə olub. N.İsmayılovun oğlanlarının adı ən müxtəlif qalmaqallarda hallanıb.
Hələ 2014-cü ilin əvvəllərində Sabirabad rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılovun kiçik oğlunun qəza törətməsi haqda xəbər yayılmışdı.
İcra başçısının oğlunun adının avtomobillə bağlı hallanmasında bu yeganə hal deyil. 2016-cı ildə oğlu Anar öz avtomobilini satmaqla məşhurlaşmışdı.
Xəbərlərdən biri də Göyçay şəhərində oğluna dəbdəbəli villa tikdirməsi ilə bağlı olub. Həmin məlumatda bildirilirdi ki, icra başçısı Göyçay şəhər Gənclər Mərkəzinin arxasında aldığı torpaq sahəsində oğlu Anar İsmayılova imarət ucaldıb.
Daha sonra İsmayılovun oğlunun müxtəlif xarici ölkələrdə çəkilən fotoları yayıldı. Strateq.az-a göndərilən fotolarda icra başçısının oğlunun “xüsusi əyləncələr”ə meylli olduğu açıq sezilirdi.
Nazim İsmayılıvun təkcə oğlanları deyil, qardaşıoğlanları da medianın diqqətini cəlb edə biliblər. Bu ilin avqustinda xəbər yayıldı ki, Göyçayda mağaza müdiri, YAP-ın Göyçay Təşkilatının təlimatçısı Laçın İsmayılov 17 yaşlı keçmiş satıcısı Səid Mahmudlunu 20 manat kassa əskikliyinə görə başının dəstəsilə 2 dəfə evindən çıxararaq şəxsi avtomobili ilə şəhər kənarında olan Şirvan kanalının yanına aparıb.
Habelə, icra başçısının Göyçayda Məşğulluq Mərkəzi müdiri olan qardaşı Namiq İsmayılov da mətbuatın tanıdığı məmurdur. Onun adı işlə təmin etmək üçün rüşvət almaqda çəkilirdi.
Cahan.infoxəbər verir ki, Sabirabadın rəsmi “Suqovuşan” qəzeti də icra başçısını ifşa eləmişdi. Sən demə, Sabirabad Rayon İcra Hakimiyyəti və yerli məmurlar borc içində boğulurmuş.
Bu səbəbdən də RİH-nin təsisçisi olduğu “Suqovşan” qəzetində işçilər aylardır maaş almır. Təhsil şöbəsi müdiri qəzetin çapına dəstək verəcəyini öhdəsinə götürsə də, borclarına görə müflis olduğunu bildirib.
Yerli idarə müdirlərinin qəzetə maliyyə dəstəyi verməməsini hardasa anlamaq olar. Bəs, Sabirabadın icra başçısı Nazim İsmayılov RİH-nin təsisçiliyi ilə çap olunan qəzetə niyə maliyyə vermir? Nə üçün baş redaktor qapı-qapı düşüb, idarə rəislərinə yalvarmalı, ağız açmalıdır?
N.İsmayılov oğluna villa tikdirə, maşınlar ala bilir, Göyçayda xaniman yaradır, özü hər gün restoranda nahar edir, amma bir qəzet çap etmək üçün baş redaktoru idarələrin qapılarında süründürür.
Ötən il keçmiş təhsil şöbə müdiri Sabirabadda rayon rəhbərliyinin tapşırığı ilə vəzifəsinə uyğun olmayan işlər gördüyünü açıqlamışdı.
Məlum olurdu ki, 2010-2016-cı illərdə Sabirabad rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində işləyərkən 2012-ci ildən rayon rəhbərliyinin təkidi ilə öz sahəsinə və vəzifə səlahiyyətlərinə dəxli olmayan təmir-bərpa, təşkilatçılıq işləri görüb.
Bunun üçün isə o, yüz min manatdan artıq vəsait xərcləyib. Düzdür, şöbə müdiri bu işləri guya mənzilini sataraq həyata keçirdiyini deməklə özünü təmizə çıxarmağa çalışırdı.
Amma təbii ki, o da hansısa qaranlıq əməllərlə qazanıb bu pulları, bu başqa söhbətin mövzusudur. Məsələ ndadır ki, onlarla saytın, KİV-lərin gündəmə gətirdiyi bu mövzu ört-basdır edildi, Nazim İsmayılova heç bir cəza verilmədi.
Sabirabadın icra başçısı Nazim İsmayılovun dotasiyaların dayandırılmasına görə qanı qaradır.
İddialara görə, icra başçısı vəzifədən getməyin bundan daha yaxşı olduğunu düşünür. Bildirilir ki, Sabirabad yeyinti üçün əlverişli bölgələrdən biridir. Di gəl N.İsmayılovun dotasiyası kəsilib və pəjmürdə olub.
Qeyd edək ki, bəzən ayrı-ayrı icra başçıları, onların fəaliyyətləri ilə bağlı neqativ məqamlar işıqlandırılır və gündəmə gətirilir. Cənab prezident də onlar barəsində öz mövqeyini ortaya qoyur.
Amma ümumilikdə icra hakimiyyəti orqanlarının ləğv olunması gündəmdədir. Regional idarəetmənin əsas prinsipləri bütün yerli iqtisadi-sosial fəaliyyətlərin özünüidarəetmə üslublarına uyğun qurulmasıdır.
İndiki birləşmələr müəyyən mənada inzibati xərcləri azaltsa da, keyfiyyətli və şəffaf idarəetmə üsulu sayıla bilməz.
http://cahan.info/manset/5025-sabirabad-agasi-oglanlari-ve-qohumlari-ile-prezidente-qarsi.html
Bu iddialarla bağlı RİH-nin mövqeyini dərdc etməyə hazırıq.