Nazir bu məktəbi unutmalı deyil... - VİDEO


Nazir bu məktəbi unutmalı deyil...
DİA.AZ-a Şamaxı rayonundan şikayət məktubu daxil olub. Narazı vətəndaş yazır:

"Şamaxı rayon Göylər kəndindəki bir nömrəli məktəb bərbad gündədir. Mən həmin məktəbdə oxuyan iki şagirdin valideyni Salahov Togrulam. Özü də maraqlana bilərsiniz mənim evladlarım əlaçı oxuyurlar. Amma bu məktəb Təhsil Nazirliyyinin yadından cıxıb.

Bu məktəb bərbad vəziyyətdədir.Kənddə beş ildir qaz yanır, amma bu məktəbə qaz hələdə verilməyib. Bu məktəbin pəncərələri və qapılarıda sinıq-sınıqdır, uşaqların 80 faizi revmatizma xəstəliyinə tutulub. Məktəbə ayrilan yanacaq da vaxlı-vaxtında məktəbə verilmir. Həmin bu cəkilişdə məktəbin qəzalı vıziyyətdə olmağı göz qabağındadır. Dəfələrlə Təhsil Nazirliyinə müraciət etsək də, hec bir tədbir görülmür".

Qarşı tərəfi də dinləməyə hazırıq...

 
Tarix: 2-01-2019, 21:47
Xəbəri paylaş





Xəbər lenti