Altı azyaşlı övlad anası olan Gültəkin Quliyevanın dediklərindən.
Xocavənd rayonundan məcburi köçkün düşmüş məcburi köçkünlər üçün Beyləqana yaxın ərazidə məcburi köçkünlər üçün böyük bir qəsəbə salınıb. Elə həmin qəsəbədə acınacaqlı durumda yaşayan bir ailə var. Böyük bir ailə. Altı azyaşlı övlad anası olan Gültəkin Quliyevanın dediklərindən. Ailədə səkkiz nəfər olmaqlarına baxmayaraq cəmi iki otaqlı evdə yaşayırlar. Gültəkin xanımın dediyinə görə bu illər ərzində Xocavənd rayon İcra Başçısı Eyvaz Hüseynovun qəbuluna düşə bilməyib. Nə zaman qəbula getsə İcra başçısının yerində olmadığını deyirlər. Ailə ünvanlı sosiyal yardım belə almır. Ortaya belə bir sual çıxır, Hörmətli Eyvaz məllim bircə gün vaxd tapıb yerində ola bilməzmiki? vətəndaşın dərdini dinləsin? Yəni qəsəbədə heç olmasa boş ev yoxdurmu ki, bu ailəni yerləşdirsin? Xocavənd rayonu işğal olandan bu günədək yeri dəyişməz olan Eyvaz müəllim yəqinki Cənab Prezidentin ona olan etimadını doğrultduğu üçün uzunömürlü olan vəzifəsindədir? əgər belədirsə səkkiz nəfərlik bir ailə İcra başçısının qəbuluna niyə düşə bilmir?nə isə suallar çoxdur, amma cavab tapmaq çətindir. Bizə elə gəlir ki, Çox hörmətli İcra başçısı həmin ailəni qəbul edib onların dərdini dinləyər və sözügedən ailə öz haqqlarına qovuşar. Ailənin haqqlarına qovuşması üçün bütün aydiyyati qurumlara müraciət olunacaq.