ZAQATALA BARIT CƏLLƏYİDİR - ÖZƏL+VİDEO


ZAQATALA BARIT CƏLLƏYİDİR - ÖZƏL+VİDEO








ZAQATALADA İCRA BAŞÇISININ XANƏDANI

Zaqatalada cərəyan edən hadisələr əslində rayonun icra başçısı Mübariz Əhmədzadənin yarıtmaz fəaliyyətinin nəticəsidir. Bu barədə redaksiyamıza daxil olan məlumatlarda deyilir. Artıq neçə müddətdir ki, bu rayonun bir sıra dövlət strukturlarına aid olan idarə və təşkilatlarının fəaliyyəti tənqid obyekti olaraq ölkə mətbuatında işıqlandırılan mövzulardan birinə çevrilmişdir.
Belə ki, Zaqatalanın təhsil şöbəsinin, səhiyyə şöbəsinin, maliyyə idarəsinin və digər qurumların fəaliyyəti sakinlərin ciddi etirazlarına səbəb olur. Son vaxtlar bizə müraciət edən mənbələr isə bütün nöqsanların əsasında məhz Mübariz Əhmədzadənin bu qurumlar qarşısında qoyduğu qeyri-qanuni tələblərin, idarəetmədə yol verilən kobud səhvlərin durduğunu iddia edirlər. Digər tərəfdən isə rayon ərazisində torpaq sahələrinin qanunsuz olaraq satılması və zəbt olunması, sakinlərin məişət problemlərinin həllinə biganəlik, yaşıllıqların məhv edilməsi və bir çox digər ciddi qanun pozuntularına dair ittihamlar da məlumatlarda öz əksini tapmaqdadır.
Qeyd olunur ki, icra başçısı vəzifə səlahiyyətlərindən sui-istifadəyə yol verərək sanki əli çatan bütün torpaqları, zirzəmiləri və obyektləri ən qısa müddətdə satıb qurtarmağa calışır. Buna görə də nə sakinlərin haqlı şikayətləri, nə də ölkədə həyata keçirilən antikorrupsiya tədbirləri M.Əhmədzadənin fəaliyyətinə təsir edə bləcək gücə malik deyil. Aldığımız məlumatlarda iddia olunur ki, bu gün Zaqatalada hər hansı bir ərazini almaq üçün və ya artıq alınmış sahədə hər hansısa bir tikintini həyata keçirmək üçün sadəcə başçı ilə “anlaşmaq” kifayət edir. Bu "məhsuldar" fəaliyyətin nəticəsində isə M.Əhmədzadənin xüsusilə xaricdə qurduğu biznes şəbəkəsi sürətlə inkişaf edir. 


Etibarlı mənbənin Azerinfo.az-a iddiasına görə bir müddət əvvəl Zaqatalanın icra başçısı Kiprdə yerləşən özəl ali təhsil müəssisələrindən birini satın almışdır. Deyilənə görə bu universitetin əvvəlki sahibinin E.Abdullayevlə bağlı qalmaqallarda, korrupsiya əməllərində iştirakına görə həbs olunmuş Vaqif Hüseyn olduğu bildirilir. Eyni zamanda da mənbə seçimin məhz Kiprə yönəldiyinin də təsadüfi olmadığını qeyd edir. Vurğulanır ki, həm M.Əhmədzadənin, həm də onun qardaşı Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin artıq neçə müddətdir ki, bu ölkədə şəxsi evləri, villaları vardır. Təbii ki, Zaqatalanın icra başçısı bütün bu mülk və obyektləri heç də tutduğu vəzifəyə görə dövlətdən aldığı məvacib hesabına əldə etməyib. Bax elə bu məqamda da mənbələrin M.Əhmədzadənin rayondakı qurumlar qarşısında müəyyən qeyri-qanuni tələblər irəli sürməsinə dair iddiaları artıq özünəməxsus çalarlarla yenidən diqqət mərkəzinə gəlir...

MÜBARİZ ƏHMƏDZADƏ KİPRDƏ DƏ BİZNES QURUB? 

Zaqatalada cərəyan edən hadisələr əslində rayonun icra başçısı Mübariz Əhmədzadənin yarıtmaz fəaliyyətinin nəticəsidir.. Artıq neçə müddətdir ki, bu rayonun bir sıra dövlət strukturlarına aid olan idarə və təşkilatlarının fəaliyyəti tənqid obyekti olaraq ölkə mətbuatında işıqlandırılan mövzulardan birinə çevrilmişdir.

Azerinfo.az xəbər verir ki, Zaqatalanın təhsil şöbəsinin, səhiyyə şöbəsinin, maliyyə idarəsinin və digər qurumların fəaliyyəti sakinlərin ciddi etirazlarına səbəb olur. Son vaxtlar bizə müraciət edən mənbələr isə bütün nöqsanların əsasında məhz Mübariz Əhmədzadənin bu qurumlar qarşısında qoyduğu qeyri-qanuni tələblərin, idarəetmədə yol verilən kobud səhvlərin durduğunu iddia edirlər. Digər tərəfdən isə rayon ərazisində torpaq sahələrinin qanunsuz olaraq satılması və zəbt olunması, sakinlərin məişət problemlərinin həllinə biganəlik, yaşıllıqların məhv edilməsi və bir çox digər ciddi qanun pozuntularına dair ittihamlar da məlumatlarda öz əksini tapmaqdadır.
Qeyd olunur ki, icra başçısı vəzifə səlahiyyətlərindən sui-istifadəyə yol verərək sanki əli çatan bütün torpaqları, zirzəmiləri və obyektləri ən qısa müddətdə satıb qurtarmağz calışır. Buna görə də nə sakinlərin haqlı şikayətləri, nə də ölkədə həyata keçirilən antikorrupsiya tədbirləri M.Əhmədzadənin fəaliyyətinə təsir edə bləcək gücə malik deyil. Aldığımız məlumatlarda iddia olunur ki, bu gün Zaqatalada hər hansı bir ərazini almaq üçün vəya artıq alınmış sahədə hər hansısa bir tikintini həyata keçirmək üçün sadəcə başçı ilə “anlaşmaq” kifayət edir. Bu məhsuldar fəaliyyətin nəticəsində isə M.Əhmədzadənin xüsusilə xaricdə qurduğu biznes şəbəkəsi sürətlə inkişaf edir.

Az müddət əvvəl mətbuatda dərc olunan yazılarda qeyd olunurdu ki, Zaqatalanın icra başçısı Kiprdə yerləşən özəl ali təhsil müəssisələrindən birini satın almışdır. Maraqlıdır ki, bu universitetin əvvəlki sahibinin E.Abdullayevlə bağlı qalmaqallarda, korrupsiya əməllərində iştirakına görə həbs olunmuş Vaqif Hüseyn olduğu bildirilir. Eyni zamanda da mənbə seçimin məhz Kiprə yönəldiyinin də təsadüfi olmadığını qeyd edir. Vurğulanır ki, həm M.Əhmədzadənin, həm də onun qardaşı Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin artıq neçə müddətdir ki, bu ölkədə şəxsi evləri, villaları vardır. Təbii ki, Zaqatalanın icra başçısı bütün bu mülk və obyektləri heç də tutduğu vəzifəyə görə dövlətdən aldığı məvacib hesabına əldə etməyib. Bax elə bu məqamda da mənbələrin M.Əhmədzadənin rayondakı qurumlar qarşısında müəyyən qeyri-qanuni tələblər irəli sürməsinə dair iddiaları artıq özünəməxsus çalarlarla yenidən diqqət mərkəzinə gəlir

Əhməd Əhmədzadənin qohumu erməni imiş

Qeyd olunurdu ki, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Ə.Əhmədzadənin oğlu Cuma Əhmədzadənin büdcədən meliorasiya və su təsərrüfatına ayrılan milyonların bir sıra saxta MMC-lər vasitəsi ilə yuyulur. Onlar bu əməliyyatlar zamanı erməni əsilli qohumlarına da pay ayırırlar.
Belə ki, sənəddə 04 aprel 2011-ci ildə qeydiyyatdan keçmiş nizamnamə kapitalı cəmi 100 AZN olan "PROYEKT” MMC-nin təsisçiləri arasında Umarov Nadir Osman oğlu və Əhmədzadə Cuma Əhməd oğlu olduğu görsənir. Əhmədzadə Cuma Əhməd oğlu Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Ə.Əhmədzadənin oğludur. Milyonların yuyulduğu MMC-nin digər təsisçisinin kim olduğu isə hamıya maraqlı olduğu üçün araşdırma apararaq aşkar etdik ki, 1955- ci il təvəllüdlü Umarov Nadir Osman oğlu Əhməd Əhmədzadənin həyat yoldaşının dayısı oğludur. Maraqlısı isə odur ki, bu Umarov Nadirin öz həyat yoldaşı isə erməni milliyətinə məxsus 1989-cu ildə adını dəyişərək Fəridə olmuş Firadır. Maraqlısı isə odur ki, bu Fira bütün köhnə sənədlərini saxtalaşdıraraq özünü azərbaycanlı kimi qələmə verib, ancaq ehtiyatlanaraq yoldaşı ilə eyni evə pasport qeydiyatına da düşməmişdir. Əhmədzadələr bu erməni xanımın 1988-ci il hadisələri zamanı Avropaya qaçaraq sığınacaq almış bacısının da İsveçrə vətəndaşlığından istifadə edərək Avropada da bir neçə müxtəlif adlı firmalar açmışlar ki, bununla da həm özləri yararlanmış, həmçinin də Azərbaycanın dövlət büdcəsinin qaymağını erməni əsillilərə yedirtmişdilər. Umarov Nadirin özü və ailə üzvləri həmçinin ASC-nin ölü canları sırasındadır.İşləməsələr də əmək haqqı alırlar.

Zaqatala maliyə idarəsində özbaşnalıq

Rayon Maliyyə İdarəsilə bağlı əldə etdiyimiz ən son məlumatlara əsasən qeyd edə bilərik ki, sözügedən qurumun rəhbəri Ömərxan Mehdixan oğlu Şabanov az qala bütün idarə, təşkilat və müəssisələrin işinə müdaxilə edir, onları öz iradəsinə tabe olmağa çalışır. Maliyyə idarəsinin müdirinin yaranmış vəziyyətdən istifadə edərək bir sıra məqamlarda rayon sakinlərinin hüquqlarını pozduğunu iddia edən məlumatlı şəxsin bildirdiyinə görə, Ömərxan Şabanov dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsinə lazımi səviyyədə nəzarət edə bilmir:
«Hazırda Zaqatala Rayon Maliyyə İdarəsinin fəaliyyətində ciddi nöqsanlar müşahidə olunur. Belə ki, rayonun təhsil və səhiyyə sahələrinin inkişafı üçün ayrılmış dövlət vəsaiti heç də tam həcmdə məqsədyönlü xərclənmir. Çünki maliyyə idarəsinin müdiri özünü dövlət qulluqçusu, məmur kimi yox, məhz rəhbərlik etdiyi idarənin külli-ixtiyarı, bütün resurs və vəsaitlərin sahibi hesab edir». Mənbə iddia edir ki, Zaqatala Rayon Maliyyə İdarəsinin hesabat və məruzələrində şişirdilmiş rəqəmlər göstərilir, idarənin fəaliyyətində «Dövlət büdcəsi haqqında» Qanunun bir sıra maddələri kobud şəkildə pozulur: «Belə ki, həmin qanuna əsasən Maliyyə İdarəsi tərəfindən büdcədən maliyyələşən təşkilatların üç ildə bir dəfədən az olmayaraq təftiş olunması nəzərdə tutulsa da, Zaqatala rayonundakı təşkilatlardan bəziləri ildə bir neçə dəfə yoxlanıldığı halda, digərlərinin fəaliyyəti ümumiyyətlə, təftiş edilmir. Təbii ki, müxtəlif yollarla əldə etdiyi külli miqdarda sərvət Ömərxan Şabanova yuxarı instansiyalarda hələ də öz mövqelərini saxlamağa müvəffəq olan bəzi məmurlar arasında himayədarlar da qazandırıb. Məhz həmin himayədarların sayəsində idarə müdiri indiyədək bütün təftiş və yoxlamalardan özünü sığortalamağa müvəffəq olub».

Ömərxan Şabanovun Zaqatala Rayon Maliyyə İdarəsinin müdiri vəzifəsinə gəldiyi gündən demək olar ki, yalnız şəxsi maraqları barədə düşündüyünü vurğulayan məlumatlı şəxsin sözlərinə görə, o, əsas vaxtını, enerjisini məhz bu istiqamətdə sərf edir: «İş o yerə çatıb ki, bu gün Zaqatalada onun bir sıra əməllərindən xəbərsiz olan adam qalmayıb. Lakin ölkədə həyata keçirilən bir sıra islahatlar, antikorrupsiya tədbirləri artıq öz töhvəsini verməkdədir. Bu tədbirlərin fonunda xüsusilə vətəndaşların aktivliyinin artması, neqativ hallara qarşı daha radikal mövqelərdən çıxış etmələri diqqəti cəlb edir. Bu tendensiya müxtəlif instansiyalara, o cümlədən mətbuata ünvanlanmış şikayət ərizələrinin məzmun dolğunluğunda, faktların açıq təqdimatında da öz əksini tapır. Elə Zaqatala Rayon Maliyyə İdarəsilə bağlı şikayətlərini bildirən rayon sakinləri də qeyd edirlər ki, adıçəkilən idarənin rəhbərliyi sərgilədiyi fəaliyyətilə ölkənin maliyyə sistemilə bağlı əldə olunan bir sıra uğurları şübhə altına alır, dövlətin maliyyə sütunlarına ağır zərbə vurur. Lakin buna baxmayaraq, başda Maliyyə Nazirliyi olmaqla, digər müvafiq qurumlar da Ömərxan Şabanova qarşı son dərəcə səbrli mövqe sərgiləyirlər. Halbuki yuxarı instansiyalar əhalinin haqlı narazılığını nəzərə alaraq Zaqatala Rayon Maliyyə İdarəsinin müdiri barəsində müvafiq tədbirlərin görülməsi üçün bir sıra zəruri addımlar ata bilərlər. Ancaq aidiyyəti orqanlar nəyisə, kimisə gözləyirlər…Çox guman ki onun arxasında rayon icra başçısı Mübariz Əhmədzadə dayanır.»

“Meloservis idarəsi rəisinin şəxsi maraqlarının təmin olunması yöndə atılan addımlar, məhz idarənin balansında olan bəzi texnikaların “ömür yolları”na çoxdan “kres” qoyub”

Son zamanlar bəzi mətbu orqanlarda Zaqatala rayonunun Əlibad kəndində fəaliyyət göstərən Meloservis idarəsinin rəisi cənab İdris Qurbanovun qol qoyduğu qanunsuzluqlardan, həyata keçirdiyi çoxsaylı maxinasiyalardan və s. bəhs edən tənqidi məqalələrin dərc olunmasına baxmayaraq, bu gün də kimlərsə sadalanan problemlərin varlığına şübhə ilə yanaşır. Elə ki, əsl həqiqətlər aşkar çıxarılır, o halda nə bir kimsədə şübhə yeri qalır, nə də ki, hansısa fikir formalaşır. Çünki, bugünə kimi çoxsaylı maxinasiyaların “müəllifi” adını qazanan İdris Qurbanovun qol qoyduğu əməlləri eşitdikcə, sanki hər kəs “vəlvələ”yə deyil, “zəlzələ”yə düşür. Adicə bir məqama diqqət yetirək ki, adı çəkilən bu şəxs səhər saatlarında iş otağına daxil olan kimi “qeybə çəkilir” və idarəçiliyini daxili telefon vasitəsilə həyata keçirir. Elə ki, idarədə bir kimsədən rəisin işdə olub-olmadığını soruşursan, o halda “rəis işdə deyil” deyə cavabını eşitməli olursan. Yəqin ki, belə bir idarəçilik forması az sayda vəzifə sahibləri tərəfindən həyata keçirilən idarəçilik formasıdır. O halda sual oluna bilər ki, cənab İdris Qurbanovun kimlərləsə “gizlənparç” oynamasına səbəb nədir? İndi isə həmin səbəblərdən bir neçəsini hər kəsin diqqətinə çatdırmağa çalışaq. Məsələn, adının çəkilməsini istəməyən mənbə tərəfindən xəbər portalımızın redaksiyasına belə bir məlumat çatdırılıb ki, ilin hər fəslində idarənin balansında olan texnikaların bir çoxundan şəxsi təsərrüfatlarda, ələlxüsus buldozerli traktorlardan Zaqatalanın meşə zolaqlarında yollar açmaq üçün istifadə olunur. Meşə zolaqlarında yollar açmağın da bir səbəbi var ki, o da iritutumlu nəqliyyat vasitələri ilə odun parçalarını uzaq məsafələrə daşımaqdır. Məsələnin maraqlı və düşündürücü tərəfi ondan ibarətdir ki, elə hallar da olur ki, meşə zolaqlarına göndərilmiş texnikalardan istifadə olunan zaman, onlar yarasız vəziyyətə salınırlar. Belə olan halda həmin texnikaların təmiri, müəssisənin ümumi büdcəsindən ayrılan vəsaitlər hesabına həyata keçirilir. O halda sual oluna bilər ki, İdris müəllim belə bir addımlarını atmaqla, cənab Əhməd Əhmədzadənin ona göstərdiyi etibarı itirmirmi? Ən əsası isə adı çəkilən bu şəxs, hələ bir müddət bundan əvvəl ölkə rəhbəri cənab İlham Əliyevin ekoloji problemlərlə bağlı verdiyi tapşırıqlara niyə əməl etmir? Görəsən atılan addımlar verilmiş tapşırıqlarla ziddiyyət təşkil etmirmi?
Hörmətli oxucular! Bütün bunlar Meloservis idarəsinin rəisini düşündürməsə də, bizi olduqca düşündürməkdədir. Çünki, şəxsi məqsədlərini həyata keçirməyin müqabilində idarəyə verilmiş yanacağın, sürtkü yağlarının, nəqliyyat vasitələrinə aid ayrı-ayrı hissələrin və s. “altından girib üstündən çıxan” idarə rəisi büdcədən ayrılan vəsaitləri “xırıd” etməklə, bu gün də özünə əməlli-başlıca var-dövlət qazanmaqdadır. KİV nümayəndələrinin sadaladığı belə bir problemlərin mahiyyəti haqda müəyyən qədər məlumatlı olan cənab Əhməd Əhmədzadə, görəsən İdris Qurbanovla bağlı “yek” qərarını nə vaxt bəyan edəcək? Çünki, bəlkə də İdris Qurbanov bu gün ölkəmizin su təsərrüfatı sahəsində ən böyük rüşvətxor, ən böyük maxinator, idarəçiliyini özünəməxsus formada həyata keçirən vəzifə sahibidir. Bu şəxsin qol qoyduğu maxinasiyalar haqda istənilən qədər yazmaq, nələrisə aşkarlamaq mümkündür.
Adicə bir faktı vurğulayaq ki, son bir neçə gün ərzində ölkəmizin şimal zonasına, ələllxüsus Qax və Zaqatala rayonlarına yağan leysan yağışlar həyatı iflic etdi. Dövlət əhəmiyyətli müəssisələrə, şəxsi təsərrüfatlara hədsiz dərəcədə ziyan dəydi. Çaylar macərasından çıxdığından, bir neçə körpülər uçdu, ayrı-ayrı yaşayış məntəqələri ilə əlaqələr kəsildi. Bir sözlə, adı çəkilən rayonların infrastrukturuna külli miqdarda ziyan vuruldu. Sözsüz ki, bütün bunların kökündə vaxtında qabaqlayıcı tədbirlərin görülməməsi durur. Bəli, qabaqlayıcı tədbirlərin görülməsində ağır texnikalardan istifadə olunmalı idi. Amma, Əlibaddakı Meloservis idarəsi rəisinin şəxsi maraqlarının təmin olunması yöndə atılan addımlar, məhz idarənin balansında olan bəzi texnikaların “ömür yolları”na çoxdan “kres” qoyduğundan, çox zaman belə bir addımları atmaq müşkül məsələyə çevrilir. Çünki, bir müddət bundan əvvəl adı çəkilən idarənin həyətində olarkən, sanki gözlərimizə inanmadıq. Belə ki, ağır texnikalara məxsus hissələr elektrik qaynağı ilə doğranıb harasa daşınırdı. Yəqin ki, belə bir addımlar da cənab Qurbanovun şəxsi maraqlarının təmin olunması yöndə atılan addımlar idi.
Əlibaddakı Meloservis idarəsi rəhbərinin atdığı addımlar bizi olduqca düşündürsə də, biz bu gün nə Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri cənab Əhməd Əhmədzadəni, nə də ki, Zaqatala rayon İcra Hakimiyyətinin başçısı cənab Mübariz Əhmədzadəni ittiham etmək fikirində deyilik. Çünki, kifayət qədər məlumatlara malikik ki, hər iki vəzifə sahibi istər ulu öndər Heydər Əliyevin, istərsə də cənab İlham Əliyevin siyasi kursunun həyata keçirilməsində əvəzsiz xidməti olan şəxslərdirlər. Bəli, bu gün Mübariz Əhmədzadə rayonun rəhbəridir, amma adı çəkilən şəxs nə Zaqatala Suvarma Sistemləri İdarəsinin rəisi Fikrət Şərifovun, nə də ki, Meloservis idarəsinin rəhbəri İdris Qurbanovun atdığı addımlara birbaşa cavabdehlik daşımır. Odur ki, bizim əsas hədəfimiz Zaqatala sakinlərinin başına “minbir oyun”lar açan, onları olmazın dərdə salan Fikrət Şərifov və İdris Qurbanovdur. Çünki, hər iki vəzifə sahibi vaxtında sel suları ilə bağlı lazımi tədbirlərini görməli və zamanında da müvafiq addımlarını atmalı idilər.
Onu da qeyd edək ki, Meloservis idarəsi Zaqatala rayon mərkəzindən xeyli aralı məsafədə, necə deyərlər “gözdən uzaq, könüldən qıraq” xəlvəti bir ərazidə yerləşir. Belə bir səbəblər üzündən də, hələ ki, İdris Qurbanov “kor atı minib köndələn çapmaq”la məşğul olur. Bir məqama da toxunaq ki, Meloservis idarəsi rəhbərinin Musa adlı köməkçisi var. Bu şəxs əslində köməkçi deyil, sanki “yunqırxan”dır. Çünki, o, köməkçi vəzifəsini daşısa da, heç də var-dövlətinin dəyərinə görə İdris Qurbanovdan geri qalmır. Məsələn, hər kəsin köməkçi deyə tanıdığı Musa adlı şəxsin təkcə Əliabad kəndində balıq vətəgəsi, iki ədəd böyük mağazası və digər əmlakları var. Verilən məlumatlara görə bu şəxs idarəyə verilən “ŞAQMAN” və digər markalı nəqliyyat vasitələrini kənar şəxslərin də idarə etməsinə heç cür imkan vermir. Yəni, belə bir işlərə yaxın qohum-əqrəbasını və digər yaxınlarını cəlb edir. Bu yolla da, hər ay o, xeyli miqdarda “haqq-hesab” əldə etməyə qadir olur.
Meloservis idarəsi rəhbərinin atdığı addımlarla bağlı redaksiyamızı məlumatlandıran mənbə onu da bildirir ki, büdcəsdən bu idarəyə ayrılan vəsaitlər də təyinatı üzrə xərclənmir. Yəni, əksər hallarda rəhbərlik və onun əlaltıları tərəfindən külli miqdarda yeyintilərə yol verilir. Təəccüb doğuran hal odur ki, İdris müəllimin uzun illər ərzində belə bir əməllərə qol qoymasına baxmayaraq, bugünə kimi onunla bağlı heç bir tədbir görülməyib. Yəqin ki, buna da səbəb adı çəkilən şəxsin yuxarı instansiyalarda güclü himayədarının olmasıdır. Elə bu arxayınolmanın nəticəsidir ki, bu gün də o, nə bir kimsədən çəkinir, nə də ki, hansısa formada ehtiyat edir. Belə bir səbəb üzündən də, Meloservis idarəsinin rəhbəri bir müddət bundan əvvəl idarənin balansına verilmiş bir neçə avadanlıqların da “altından girib üstündən çıxmağı bacarıb”.
Hər kəsi təəccüb qoyan və analoqu olmayan olayların tüğyan etdiyi idarədə yaşanan ab-hava, olduqca təhlükəli məqamların varlığından da xəbər verir. Məsələn, verilən məlumatlarda o da iddia olunur ki, cənab idarə rəisi tabeçiliyində olan işçilərindən bəzilərinin bankomart kartlarını özündə saxlayır və onlara çatası əmək haqlarını da mənimsəyir. Neçə illərdir ki, belə bir halın varlığı davam etdiyindən, məhz İdris Qurbanovun sahib olduğu var-dövlətin dəyəri minlərlə deyil, bəlkə də milyonlarla ölçülür.
Diqqəti cəlb edən digər hal isə ondan ibarətdir ki, çoxsaylı maxinasiyalara, hər cür qanunsuzluq əməllərinə, sayı-hesabı bilinməyən hoqqalara qol qoyan İdris müəllim, bu gün də Zaqatala rayonu ərazisində strateji bir sahəyə rəhbərlik edir və daşıdığı vəzifəsinə görə, dövlətə məxsus külli miqdarda vəsaiti “sağa-sola səpmək”lə məşğul olur. Bütün bunların qarşılığında isə, hələ də bir kimsə ona “qaşın üstə qara var” demir. Bax budur bizi təəccüb içində qoyan hal, bizi düşündürən məqam! Axı, necə ola bilər ki, tutduğu əməlləri ilə korrupsiyaya bulaşan, verilmiş tapşırıqları əksər hallarda qulaqardına vuran, tabe olduğu vəzifə sahiblərindən bəzilərini saya salmayan İdris Qurbanov bu gün də iş başındadır, özü üçün var-dövlət qazanmaqdadır. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.

Akademik Zərifə Əliyeva adına Gədəbəy Mərkəzi Rayon Xəstəxanasında yaşanan acınacaqlı durumun varlığı, bu gün əksər mətbu orqanların toxunduğu mövzulardan biridir. Baxmayaraq ki, bu günə kimi “Gündəm Xəbər” qəzeti olaraq rayonun səhiyyəsində hökm sürən acınacaqlı durumun varlığı haqda bir neçə dəfə tənqidi açıqlamalar dərc etmişik. Hətta, aidiyyəti qurumları baş verənlərlə bağlı məlumatlandırmışıq ki, bəlkə Ramiz Pirverdiyevin rəhbərlik etdiyi sahədə “haqq-ədaləti” bərpa etmək mümkün oldu. Amma atalar demişkən, “sən saydığını say, gör fələk nə sayır” deyimi, zaman keçdikcə öz təsdiqini tapmağa başladı. Yəni, Gədəbəy səhiyyəsinə rəhbərlik edən baş həkim, bu sahədə az-çox qayda-qanunu bərpa etmək əvəzinə, yenə də “feodal dövrü”ndən qalma idarəçiliyini tətbiq etməyə üstünlük verməkdədir. Bəli, belə bir səbəb üzündəndir ki, adı çəkilən rayonun səhiyyəsi daim tənqid atəşinə tutulur və dərc edilən açıqlamalarda, daim rəhbər şəxslərin yarıtmaz idarəçiliyindən də bəhs olunur. Bir neçə gün bundan əvvəl yerli sakinlərdən bir neçəsi “Gündəm Xəbər”in əməkdaşına bildirirlər ki, Gədəbəy MRX-da yaşananlar bəlkə də ölkəmizin qərb zonasında fəaliyyət göstərən səhiyyə ocaqlarından heç birində yaşanmır. Çünki, adı çəkilən səhiyyə ocağında hər bir müayinə və müalicənin konkret “toskı”sı müəyyən olunub. Düzdür, xəstəxana bir neçə il bundan əvvəl əsaslı təmir olunsa da, nələr dəyişdirilsə də, dəyişdirilməyən yalnız cənab baş həkimin “daxili konstitusiyası” oldu. Çünki, həmin “konstitusiyada” görüləcək hər işin konkret dəyəri müəyyən olunub. Yəni, hansısa şöbə müdiri və yaxud həkim, hansısa tibb bacısı və yaxud da texniki işçi müəyyən olunmuş “sərhəddi” heç cür poza bilməz. O halda həmin şəxsin baş həkim tərəfindən cəzalandırılması qaçılmaz olur. Diqqəti cəlb edən olaylardan biri də, Gədəbəyin səhiyyəsində yaşanan digər problemlərin varlığıdır. Bu haqda da məlumatları çatdıran mənbənin bildirdiyinə görə, rayonun səhiyyə ocaqlarında xəstələrə verilməli olan ərzaq məhsulları, geyim formaları, müxtəlif dərman və preparatlar, lazımi avadanlıqlar verilmədiyindən və bir çox təminolunmalar ödənilmədiyindən, atılan addımlar çoxsaylı xəstələrin haqlı narazılığına da səbəb olmaqdadır. İmtiyazlı xəstələrə verilən dərman preparatlarının “qeybə çəkilməsi”, daha dəqiq desək, rayonun mərkəzi ərazilərindəki apteklərdə satdırılması və s. Ramiz Pirverdiyevin idarəçiliyinə lazımi qiyməti verməyə imkan verir. Rayonun 5 kənd xəstəxanasında, 19 həkim məntəqəsində, 25 kənd tibb məntəqəsində və 1 GEM-də yaşanan durum da, olduqca acınacaqlı vəziyyətdədir. İstər qeyd olunan səhiyyə müəssisələrində çalışan həkimlərdən və tibb bacılarından bəzilərinin, istərsə də digər zəruri təmin olunmaların göstəricisi də yetərincə deyil. Daha acınacaqlı sahələrdən biri də, təcili tibbi-yardım sahəsidir. Bu sahənin yarıtmaz fəaliyyəti haqda məlumatları “Gündəm Xəbər”ə çatdlıran şəxslərin iddialarına görə, təcili tibbi-yardım maşınlarına verilən aylıq yanacaq, ayrı-ayrı detallar, sürtkü yağları və s. hər ay baş həkimin “xeyr-duası” ilə “itbat” olunur. Belə olan halda da, təcili tibbi-yardım maşınları ilə bağlı çoxsaylı problemlər də yaşanır. Kənd tibb məntəqələrinin çox zaman bağlı olması, ilkin tibbi yardıma ehtiyacı olan şəxslərin həyatı bahasına da başa gəlir. Faciə odur ki, yaşananlar baş həkimin gözü qarşısında baş versə də, birbaşa onun diqtəsi ilə həyata keçirilsə də, bu gün də Ramiz Pirverdiyev ictimai qınaqdan ehtiyat etmir və gündəlik Gədəbəy səhiyyəsini uçurumun astanasına sürükləməkdə davam edir. Mərkəzi xəstəxananın bir növ inhisarda saxlanması da, daha çox müzakirə olunan mövzulardandır. Məsələn, məlumatlı mənbənin söylədiklərinə görə, hal-hazırda ixtisasca kordioloq olan Əlviz həkimin övladları Səbuhi və Firdovsi adlı şəxslər ali təhsilə sahib olmasalar da, bu gün hər ikisi adı çəkilən xəstəxanada həkimlik fəaliyyəti ilə məşğul olmaqdadırlar. Baxmayaraq ki, hər iki şəxs fəaliyyəti dayandırılmış ABU-nun məzunları olsalar da, tam ali təhsilə sahib ola bilməmişlər. Yalnız fəaliyyəti dayandırılmış təhsil ocağından aldıqları arayış əsasında, bu gün Səbuhi adlı şəxs şəkər şöbəsində, Firdovsi adlı şəxs isə cərrahiyyə şöbəsində həkimlik fəaliyyəti ilə məşğul olmaqdadırlar. Belə bir hallara şərait yaradan Ramiz Pirverdiyev olur ki, yəqin ki, o, belə bir addımlarını atarkən hansısa maraqlarını təmin də etdirə bilir. P.S. Bu gün Gədəbəy səhiyyəsinin acınacaqlı durumu daha çox müzakirəyə ehtiyacı olduğundan, bir mətbu orqan olaraq problemlərin varlığına bundan sonra da diqqət yetirəcəyik. O halda hər kəsə bəlli olacaq ki, adı çəkilən rayonun səhiyyəsində artıq əməli addımlar atmağın zamanı çatıb. Araşdırmamız davam edəcək.

Zaqatalada Fikrət Şərifovun hökümranlığı

Bəzi mətbu orqanlarda Zaqatala rayon Suvarma Sistemləri idarəsinin rəisi Fikrət Şərifovun qol qoyduğu qanunsuzluqlardan, etdiyi özbaşınalıqlardan, həyata keçirdiyi maxinasiyalardan və.s tənqidi məqalələr dərc olunanda, kimlərsə sadalanan problemlərin varlığına şübhə ilə yanaşırdılar. Amma, indi əsl həqiqətlər aşkar olunanda bir kimsədə nə şübhə yeri qalır, nə də ki, başqa bir əmma. Çünki, bu günədək maxinasiyalar müəllifi adını qazanan Fikrət müəllimin qol qoyduğu əməlləri eşitdikcə, sanki dəhşətə gəlmişik.
Adicə bir məqama diqqət yetirək ki, o, səhər-səhər iş otağına daxil olan kimi giriş qapısını arxadan bağlayır və idarəçiliyini daxili telefon vasitəsilə həyata keçirir. Elə ki, katibə xanımdan Fikrət müəllimin işdə olub-olmamasını soruşursan, bu zaman katibə xanım da bildirir ki, “cənab rəis işdə deyil”. Belə bir idarəçilik forması yəqin ki, az sayda vəzifə sahibləri tərəfindən həyata keçirilir. Bu zaman sual oluna bilər ki, cənab rəisin “gizlənməsi”ni zəruri edən səbəblər nədir? İndi isə həmin səbəblərdən bir neçəsini, hər kəsin diqqətinə çatdırmağa çalışaq. Məsələn, yerli mənbə tərəfindən informasiya mərkəzimizə belə bir məlumat verildi ki, bu ilin 7-8 avqust günü Fikrət müəllimin tapşırığı əsasında, idarənin balansında olan traktor (buldozerli) Zaqatalanın Car meşə zolağına göndərilir. Meşə zolağında iritutumlu nəqliyyat vasitələri üçün yol açan traktor, iki gündən sonra idarəyə qaytarılır. Düzdür, yol açmağın müqabilində traktoristə 400 manat pul verilsə də, həmin pulun 300 manatını Fikrət Şərifov ələ keçirir.
İndi isə başqa bir məqamın açıqlamasına diqqət yetirək. Meşə zolaqlarında nəqliyyat vasitələri üçün yol açmağın yalnız bir səbəbi var ki, o da iritutumlu nəqliyyat vasitələri ilə odun parçaları daşımaqdan ibarətdir. Bu yolla iştahasını cilovlamağı bacarmayan cənab Fikrət müəllim, çox keçmir ki, başqa bir maxinasiyaya da imza atır. Yəni, o, Car meşə zolağında həyata keçirdiyi əməliyyatdan sonra, həmin traktoru (buldozerli) “Dayman”la Meşkeş meşə zolağına göndərir. Həmin meşə zolağında sahə rəisi İlqar bəy olsa da, onun Fikrət müəllimlə qurmaq istədiyi işbirliyi, sonda acı bir sonluqla nəticələnir. Belə ki, traktoru “Dayman”dan düşürərkən, traktor yanıüstə aşır və çox hissələri sınıq-salxaq olur. Hətta, verilən məlumatda o da bildirilir ki, traktor iki yerə də bölünür.

Bu dəfə ümumi məqsədini həyata keçirə bilməyən cənab Fikrət müəllim, məcbur olur ki, sınıq-salxaq olmuş traktoru idarənin həyətinə gətizdirsin. Bu belə də olur. Verilən məlumatda o da bildirilir ki, hal-hazırda həmin traktor təmir olunmaqdadır. Bax bu zaman ortaya bir neçə suallar çıxır ki, bu sualların da cavabını möhtərəm idarə rəisi verməyə birbaşa borcludur.

Əvvəla onu qeyd edək ki, həmin traktor idarənin balansında olduğu halda niyə meşə zolaqlarında yol açmaq məqsədilə göndərilir? Sınıq-salxaq olmuş traktor hansı vəsait hesabına təmir olunacaq? Fikrət Şərifov bu kimi addımlarını atmaqla, cənab Əhməd Əhmədzadənin ona olan etibarını heçə endirmirmi? Ən əsası, ölkə rəhbəri möhtərəm prezidentimiz cənab İlham Əliyevin, hələ bir müddət bundan əvvəl ekoloji problemlərlə bağlı verdiyi tapşırığa Fikrət Şərifov niyə əməl etmir? Onun belə bir addımı verilmiş tapşırığı saya salmamaq deyilmi?

Hörmətli oxucular! Bu kimi suallar Fikrət müəllimi düşündürməsə də, bizi olduqca düşündürməkdədir. Çünki, şəxsi məqsədlərini həyata keçirməyin müqabilində idarəyə verilmiş yanacağın, sürtkü yağlarının, nəqliyyat vasitələrinə aid ayrı-ayrı hissələrin və.s altından girib üstündən çıxan idarə rəisi, bu yolla büdcədən ayrılan vəsaiti “xırıd” etməkdədir. Belə olan halda KİV nümayəndələrinin sadaladığı problemlərin mahiyyəti haqda, az-çox məlumatlı olan cənab Əhməd Əhmədzadə, görəsən Fikrət Şərifovla bağlı “yek” qərarını nə vaxt verəcək?
Fikrət Şərifov bəlkə də bu gün ölkəmizin su təsərrüfatı sahəsində ən böyük rüşvətxor, ən böyük maxinator, özünəməxsus formada idarəçiliyini həyata keçirən vəzifə sahibidir. Onun qol qoyduğu maxinasiyalar haqda nə qədər yazsaq da qurtarmaz ki, qurtarmaz.
Diqqəti cəlb edən hal odur ki, onun iş fəaliyyəti ilə bağlı jurnalist araşdırması aparan, qol qoyduğu qanunsuzluqların mahiyyətini üzə çıxarıb ictimailəşdirən yaradıcı insanlara qarşı, çox zaman o, ali təhsili olmayan, ad-familiyasını yazmağı bacarmayan, sadə bir suala cavab vermək qabiliyyəti olmayan, mən hər bir problemi həll etmək iqtidarındayam deyən “jurnalist”lərdən də yararlanmağı unutmur. Elə bu səbəbdən də, ali təhsili olmayan və cənab Fikrət müəllimin müdafiəçisi rolunu oynayan jurnalistlərə üz tutub deyirik. -Gedin ilk növbədə ad-familyanızı yazmağı öyrənin, sonra da kiminsə müdafiəçi rolunu oynayın!

P.S:
ZAQATALA BU GÜN BARIT ÇƏLLƏYİNƏ BƏNZƏYİR. KİÇİK BİR QIĞILCIM KİFAYƏTDİR...RAYONDAN ALDIĞIMIZ MƏLUMATA GÖRƏ YERLİ MƏMURLARIN ZÜLMÜNDƏN BOĞAZA YIĞILMIŞ ƏHALİ ÇIXIŞ YOLUNU MİTİNQLƏRDƏ GÖRÜR. BƏS RAYON İH BAŞÇISI MÜBARİZ ƏHMƏDZADƏ NƏ FİKİRİNDƏDİR? Bu barədə növbəti yazımızda. BİZİ İZLƏYİN!!!                                         http://azerinfo.az/gundem/41530-zaqatala-barit-celleyidir-ozelvideo.html
Tarix: 5-01-2019, 07:42
Xəbəri paylaş





Xəbər lenti