Bu kənddə su hələ də səhənglə daşınır - VİDEO


bitmap-img6




Tovuzun Aşağı Öysüzlü kəndində böyükdən kiçiyə hər kəs hələ də suyu səhənglə daşıyır.

Xezerxeber.az-ın məlumatına görə, burada qədim adət-ənənə bu gün də qorunub saxlanılır.

Misdən hazırlanan səhənglər su ilə dolu halda ağır olsa da, kənd sakinləri uzun məsafə qət edərək 2 əsrə yaxın yaşı olan bulaqdan içməli suyu məhz bu səhənglərlə daşıyırlar.

Qadınlar səhənglə su gətirmək üçün səhər saatlarından bulaq başında növbə gözləyirlər. Kənddə hələ də yaşadılan adət-ənənələrdən biri də bulaq başında tanışlıqdır.

Kənd sakinləri bildirirlər ki, texnologiya nə qədər inkişaf etsə də səhənglə su daşımaq onlar üçün keçmişin yadigarı olaraq qalacaq.





Tarix: 6-01-2019, 07:36
Xəbəri paylaş





Xəbər lenti