Qusar şəhəri, Hacıməhəmməd küçəsi, 10 saylı evdə yaşayan, 14.04.1956-cı ildə anadan olmuş, 3 övlad atası, 2-ci grup əlil Ağamirzəyev Hacımirzə Ağamirzə oğlu Siam.az saytı vasitəsilə Prezident İLHAM ƏLİYEV cənablarına müraciət etmişdir.
Hörmətli cənab prezdent !
Sizin daxili və xarici siyasətinizi bəyənərək, daima dəstəkləməyə hər an hazırıq.
Son vaxtlar bir çox KİV-i , internet xəbər portalları vasitəsilə Qusar RİHB-sı Şair Alxasov, onun adamları, rayon Maliyyə İdarəsinin rəisi ilə, Azərbaycan Respublikasının Dövlət büdcəsindən Qusar rayonuna ünvanlı olaraq buraxılmış təxminən 300 min manat məbləğində pul vəsaitinin mənimsənilməsi iddiası ilə rəsmi məlumatlar yayılmaqdadır. Qusar sakini kimi hesab edirəm ki, Dövlət büdcəsini gizlincə, etibardan, vəzifə səlahiyyətlərindən sui istifadə etməklə talayaraq mənimsəyən, Dövlətimizin iqtisadiyyatına güclü zərbə vuran hər bir vətəndaş, tutduğu vəzifəsindən asıllı olmayaraq qanun və məhkəmə qarşısında qarşısında cavabdehlik daşımalıdır.
Yuxarıda qeyd etdiklərim nəzərə alınmaqla, Qusar RİHB-sı Şair Alxasov, digər vəzifəli şəxslər tərəfindən Dövlət büdcəsi vəsaitlərinin mənimsənilməsi faktının dəqiqləşdirilməsi, təqsirkar vəzifəli şəxslər müəyyən edilməklə, həmin vəzifəli şəxslər barəsində cinayət işlərinin başlanması üçün aidiyyatı üzrə sərəncam verməyinizi Sizdən xahiş edirəm.
Qusar şəhər sakini, 2-ci grup əlil, Ağamirzəyev Hacımirzə Ağamirzə oğlu.