Biləsuvarın icra başçısı ilə bağlı ilginc məqam... - Başçı 500 min haqq verib ki...


Biləsuvarın icra başçısı ilə bağlı ilginc məqam... - Başçı 500 min haqq verib ki...














Ləğv edilmiş MTN rəhbərliyinin təkcə sahibkarlara deyil, həm də məmurlara racon kəsdiyi, amma onların əksəriyyətinin hələ günü bu gün də susduğu artıq danılmaz fakt kimi qəbul edilməkdədir. Bununla bağlı DİA.AZ-a ilginc informasiya daxil olub. Xəbəri verən mənbə iddia edir ki, sabiq MTN generalı Akif Çovdarova haqq verənlər arasında hazırda Biləsuvar rayonu icra hakimiyyətinin başçısı postunu tutan Mahir Quliyev də var.

Bu barədə danışan mənbə bildirir: "A.Çovdarovun bacısının kürəkəni 1972-ci il təvəllüdlü Rafiq Hümbətov gənc olmasına baxmayaraq, hələ 2010-cu ildə gözlənilmədən Astaraya MTN-nin rəisi təyin olundu. Bu adamın ayıq günü olmurdu. Demək olar ki, hər gün içirdi. Astaranın Kələdəhnə kəndində “Ceyhun” restoranı vardı. Bura faktiki olaraq əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərirdi. Rafiqin günü işdə yox, burada keçirdi. Bir dəfə içkili şəkildə idarə etdiyi xidməti avtomobillə də inək vurmuşdu. Onun əməlləri o qədər narahatlıq yaratmışdı ki, həmin vaxt Astara icra başçısı olan Mahir Quliyev iclas keçirdi və bizim rəisə xəbərdarlıq etdi. Lakin heç nə onun vecinə deyildi. Həmin vaxt onun rütbəsi polkovnik-leytenant idi".

Mənbə dia.az-a açıqlamasında iddia edir ki, amma bu xəbərdarlıq Mahir Quliyevə baha başa oturub və bundan sonra Akif Çovdarovun hədəfinə çevrilən icra başçısı təkcə Astaradan qaçmalı olmayıb: "Həm də Çovdarova 500 min dollar verib ki, sonradan hazırda başçılıq etdiyi Biləsuvara təyinat ala bilsin".

Bütün bu iddialarla bağlı adları keçən şəxsləri də dinləməyə hazırıq...
Tarix: 24-01-2019, 00:33
Xəbəri paylaş





Xəbər lenti