Füzuli rayonu, Horadiz şəhər Q.Namazəliyev küçəsi ev 3 mənzil 14 də yaşayan Füzuli Şəhər məcburi Köçkünü İsmayılov Anar Süleyman oğlu prezident Ilham Əliyevə müraciət edib.Millətinsəsi.info xəbər verir ki, Anar İsmayılov dövlət başçısından Füzuli rayon un icra başçısının özbaşnalıqlarınin və yol verdiyi korrupsiya hallarının araşdırılmasını istəyib.Hörmətli Cənab Prezident!Dünyada son illərdə baş verən siyasi-iqtisadi proseslər fonunda Azərbaycanın da ictimai-siyasi həyatında tam fərqli bir dönəm başlandı. Postneft dövründə ölkənin təkcə iqtisadiyyatı deyil, eləcə də siyasi həyatında islahatlar proqramı həyata keçirilməyə başlandı. İki il əvvəl Azərbaycan iqtisadiyyatının neft gəlirlərdən asılılığını aradan qaldırmaq üçün qeyri-neft sektorunun inkişafına dair tədbirlər planı hazırlandı və xüsusilə də aqrar rayonların icra başçıları qarşısına bununla bağlı xüsusi tapşırıqlar qoyuldu.Prezident çıxışında demişdi ki, özəl sərmayənin cəlb edilməsi üçün təkcə mərkəzi icra orqanları məhsuliyyət daşımırlar: “Xüsusilə bölgələrdə investisiyaları cəlb etmək üçün icra başçıları gərək fəal olsunlar. Bəzi yerlərdə bu fəallıq, nəticələr var, amma bəzi yerlərdə bu fəallıq yoxdur, biganəlik var”.
Dövlət başçısı konkret olaraq icra başçılarına vaxt da vermişdi. “Prezident Administrasiyası və İqtisadiyyat Nazirliyi mənə məlumat, siyahı verməlidir ki, hansı rayonda nə qədər özəl sərmayə cəlb olunub. Hər bir icra başçısının işinə, o cümlədən bu göstəriciyə görə qiymət veriləcək və ondan sonra həm yüksək qiymət veriləcək, həm də cəza tədbirləri görüləcək”.Heç şübhəsiz adı qara siyahıda olan icra başçılarından biri də Füzulinin icra başçısı Alı Alıyevdir.Xatırladaq ki, icra başçısının iş adamlarına divan tutması, sahibkarlığın inkişafı məqsədilə ayrılan subsidiyaların mənimsəməsi barəsində hələ illər öncədən mediada çoxsaylı informasiyalar yayılıb.
Həmin məlumatlarda Füzuli rayonuna ayrılmış milyonlarla manat dövlət vəsaitinin mənimsənilməsi, əvəzində isə kənd təsərrüfatının kağız üstündə inkişaf etdirildiyi öz əksini tapıb. A.Alıyev rayonda əkilən arpa və buğdadan qeyri qanuni yolla milyonlarla vəsait əldə etdiyi də verilən məlumatlar sırasındadır.Alı Alıyevin ölkə rəhbərinin sözlərini qulaqardına vurması yalnız iqtisadi-sosial sahə ilə bağlı deyil.
Prezident İlham Əliyev vəzifəli şəxslərdən cəmiyyətdə özlərini apara bilməyən övladları barədə ölçü götürməyi tələb edib: “Kim onlara bu statusu verib cəmiyyətdə? Onların, necə deyərlər, güvəndiyi adamları mən təyin eləmişəm vəzifəyə. Mən də çıxardacağam, lazım bildikdə. Bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq eləyir, nadanlıq eləyir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq”. Alı Alıyev üçün isə öz kreslosunu qorumaq artıq həm də məsuliyyətə cəlb olunmamamaq üçün bir növ “ölüm-qalım” savaşına çevrilib. Di gəl, onunçün olduqca həssaslıq tələb edən indiki məqamda oğlu Elvin də nadincliyini davam etdirməklə atasını çətin vəziyyətə salıb. Polis zabiti rütbəsi daşıyan, bəzi sərfəli məqamlarda hətta özünü bir pillə yuxarı rütbə olan kimi təqdim edən Elvin Alıyevin malik olduğu üç bahalı, eyni seriya nömrəli avtomobil dillər əzbəridir: “Gallenvagen” – 10 EU 900. Qiyməti təqribən 140 min manat; “PRADO” – 10 XT900. Qiyməti satış mərkəzlərində komplektasiyasına görə dəyişir. Ən full modelinin qiyməti 63 min manatdır;“Toyoto Corolla” – 10 RA 900. Satış mərkəzlərində qiyməti 32 min manatdan başlayır. Məlumata görə, sıradakı ən bahalı birinci maşını Elvin yalnız paytaxt Bakıda idarə edir, dostları və rəfiqlərini gəzdirir.Alı Alıyevin ölkə rəhbərinə elə bir sayğısızlığı təsadüfi deyil. Alı Alıyevin keçmişi ilə bağlı üzə çıxan maraqlı məqamlardan biri də onun keçmiş baş nazir, vətənə xəyanətdə ittiham olunan Surət Hüseynovun adamı olması ilə bağlıdır. Bu barədə məlumatlarda deyilir ki, Surət Hüseynov böyük orduya sahib olan vaxtlarda da A.Alıyev onunla sıx əlaqə saxlamış və ona lazım ərzaq məhsulları eləcədə lazımı vəsaitlərin təminatında yaxından iştirak etmişdir.
Məlumatda deyilir ki, Surət Hüseynovun adamı olaraq indiki icra başçısı o zamanlar orduya yardım adı altında bütün rayonu çapıb-talayıb. Bu azmış kimi, rayona rəhbərlik tməyi arzulayan Alı Alıyev əsas silah alverçisinə çevrilir. Daha sonra isə camaatın mal-qarasını belə zorla əlindən aldıraraq, onları özü mənimsəyib.Surət Hüeynov baş nazir təyinatı aldıqdan sonra Alı Alıyev artıq Füzulildə əsas söz sahibi və talançılığın başında dayanırdı. Amma keçmiş baş nazirin dövlət çevrilişinə cəhd etməsindən sonra Alı Alıyev bir müddət ortalıqdan yoxa çıxır.
Sonra isə Su və Melorasiya ASC-nin rəhbəri Əhməd Əhmədzadəyə yol tapır və onun ən sadiq adamlarından birinə çevrilir. Sovetlər dövründən 1992- ci ilə qədər Alı Alıyev Füzuli rayon Aqropromun sədri vəzifəsində işləyib.Həmin ərəfədə Respublika Aqropromunun Sabirabad rayonunda Zonalnı müşavirəsi gedəndə həmin yığıncaqda Respublika Aqropromunun qərarı ilə Alı Alıyev Füzuli rayon Aqropromunun sədr vəzifəsində Respublika kollegiyasının qərarı ilə tutduğu vəzifədən azad olunmuşdu.
Lakin təxminən bir ildən sonra Əhməd Əhmədzadə ilə əvvəllər də iş birliyində olan Alı Alıyev onun bir nomrəli adamı olaraq Füzuli rayonu Aqropromuna sədr təyin olundu. Bu iş birliyi Alı Alıyevı təzədən Əhmədzadənin xüsusi göstərişi ilə ovaxtkı Füzuli rayon xalq hakimi Şəkər Məmmədova daha sonra Ağır Cinayətlər üzrə məhkəmədə hakim işləyən iş qrup qoşan Şəkər Məmmədova Alı Alıyevin Azərbaycaıı Respublikasmm Aqropromunun kolleqiya iclasının qərarını ləğv edərək əmək kitabçasnı təmizlədi.Halbuki, rayon məhkəməsinin kolleqiyanın qərarınaa baxmağa heç bir əsası yoxdur və baxa da bilməz.Bundan sonra Alı Alıyev Əhmədzadəni Füzuli rayonu üzrə Açıq Su Səhmdar Cəmıyyətinin kanallar, içməli su çəkılişləri bütün Füzuli rayonunda bir nomrəli kadırı kımi işə başladı və bu dostluq davam edərək ən nəhayət, Alı Alıyevi Füzuli rayon İcra Başçısı vəzifəsinə təyin elətdirdi.
Rayonda sahibkarların və vətəndaşların sıxışdırılması, onlardan qanunsuz ödəmələrin tələb olunması artıq ənənə halını alıb. Prezident İlham Əliyevin bu kimi neqativ hallara qarşı barışmaz olacağını və bu vədində nə qədər ciddi olduğunu atdığı addımları ilə sübut etməsinə baxmayaraq Füzulinin icra başçısı əməllərindən qalmır.Son illər haqqında şikayətlərin ardı-arası kəsilməyən, adı müxtəlif korrupsiya qalmaqallarında çəkilən, xüsusilə rayonda sahibkarlara divan tutduğu üçün daha çox tənqid olunan Alı Alıyevin bu dəfə cəzalandırılacağını bütün rayon camaatı səbrsizliklə gözləyir. Cənab Prezidentimizə sadiq olan Cənab Baş Prokuror, Maliyyə Naziri,Hesablama Palatasının Sədiri Sizdən xaiş edirəm Alı Alıyevin faliyəti Dövrü Rayonun bütün idarə müəsələri araşdırılsın, Cənab Prezidentimizin Vitse Prezidentimizin Füzuli rayonuna göstərdiyi diqət və qayğısından Alı Alıyev və onun kadırları necə öz şəxsi mənafelərinə xidmət etdiklərini subut edəcəm.Müraciətimə baxılmasını Sizdən rica edirəm.
Azərbaycan Respublikasının Vətənpərvər Vətandaşı kimi Sizə Müraciət etmək mənim funksiyanal borcumdur.İnanıram ki yazdığlarımda tam səmimi olduğumu araşdırılmalar nəticəsində ortaya çıxacağ. Cənab Prezident Sizdən xaiş edirəm Füzuli rayonu uçuruma gedir,buna imkan vermiyin.Maddə 32.1 ci bəndi. 47.1.2 ci bəndləri. 52 ci bəndi. 57.1.2 ci bəndlərini nəzərə alaraq,Azərbaycan Respublikasının Vətandaşı kimi haqqımı bərpa edilməyində köməklik göstərməyinizi xaiş edirəm.
Ulu Öndərimizin gözəl kəlamların xatırladım, Rüşvətxoru, oğrunu qəhrəman etmək öz xalqına xəyanət etməkdir.Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır. Həqiqəti gizlətmək, həqiqəti basdırmaq olmaz.
Xırda bir təhlükənın qarşısı vaxtında alınmasa, gələcəkdə onun fəsadları böyük olacaq.Cənab Prezident Siz çıxışdarınızda söyləmişdiniz ki, “Hər bir vətəndaşın hüququnun qorunması bizim üçün çox önəmlidir. Vətəndaşlarımızın təhlükəsizliyi də dövlət tərəfindən təmin edilir və bundan sonra da ediləcəkdir”.
Alı Alıyev bugün Füzuli rayonunu elə hala salıb ki bugun rayonun iqtisadiyatı çöküb, Səhiyyə, Təhsil, Məşqulluq idarəsi və digər idarələr bərbad gündədir.Büdcədən ayrılan vəsayitlər maddələr üzrə xərclənmir,invertarlar sənət üzərində yazılır.Rayon Prokuroru Polis Rəisi Alı Alıyevin şəxsi əmirlərin yerinə yetirirlər,Dövlətin maraqları onlar üçün ikinci dərəcəlidir.
Baş Prokurorumuz, Maliyyə Nazirimiz, Hesablama Palatasının Sədiri daim Cənab Prezidentimizə sadiq olduğunuzu bilirik və inanırıq ki Füzuli rayonunda araşdırmaların nəticəsində, Sizə səmimi olduğumu isbat edəcəm.Cənab Prezidentimi aldadan məmur bizim və Xalqımın düşmənidir,Alı Alıyev kimə arxayınsansa oda Cənab Prezidentimizə cavab verəcək. Aprel Döyüşdəri vaxt mən Horadiz şəhərindən çıxmadım, Alı Alıyev oğlun Elvin Polis zabitidir,birdəfədə rayonda olmuyub, ona necə medalla təltif olunub, buda Alı Alıyevin oyunlarıdır.
Cənab Prezident Sizdən ricam mənim iştirakımla Alı Alıyevin fəaliyəti araşdırılsın, Sizdən xaiş edirəm Alı Alıyevin rayona vurduğu ziyanlara son qoyulmasında bizə köməklik edəsiniz”.Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Tarix: 24-01-2019, 06:05