Qazaxın 2 saylı bağçasında Asya Alhüseynova müdirə vəzifəsindən çıxarılaraq Ülkər Əsgərova təyin edilib.
Cahan.info yazır ki, bu haqda sosial şəbəkədə təfərrüatı üzə çıxıb.
Ü.Əskərovanın təyinatında Qazaxın icra başçısının xanım müavini, rayon bağçalarının “kraliçası” Gülayə Həsənovanın xüsusi rolu olduğu iddia edilir.
Onun gəlişi ilə bağçada işləyən tərbiyəçilərin canına vəlvələ düşdü. Onlar işlərini itirmək qorxusu ilə yaşayırdılar.
Hətta rayon icra başçısı Rəcəb Babaşov 2 saylı bağçaya baş çəkərkən bir müəllimənin çay içdiyini görməsi həmin tərbiyəçinin işini itirməsi ilə nəticələnmişdi.
Həmin müəllimənin Qazax Dövlət Sosial Müdafiə Fondunun direktoru Laçın Qurbanovun qızı olduğu bildirilir.
Eyni zamanda bağçada işləyən bir qulluqçu da günahsız yerə işini itirdi. Deyilənlərə görə, xadimə şəhidin xanımı imiş, iki övladı ilə çörəksiz qoyulub.
On gün sonra L.Qurbanovun qızı bağçadakı işinə qaytarılsa da, ara yerdə qulluqçu şəhid xanımı işsiz qaldı. Lakin iş bununla bitməyib.
Ü.Əskərova ilə işçilər arasında yaşanmış dava onun direktor postunu itirməsinə gətirib çıxarıb. Əvəzində isə DSMF sədri L.Qurbanovun qızı mövqeyini möhkəmləndirib. Görünür, ssenari hazır imiş...
Cahan.info xəbər verir ki, Qazaxda qanunsuzluq baş alıb gdən təkcə 2 saylı bağça deyil. Növbəti bağçalardan biri 6 saylıdır. Xəbər verilir ki, 6 saylı uşaq bağçasının direktoru Elnarə xanım bu yaxınlarda məzuniyyətə çıxıb.
İddialara görə, başçı müavini Gülayə Həsənova ondan nə az, nə çox 8 min manat alaraq həmin vəzifəyə təyin edib. Məzuniyyətdə olan müdirəni Səlimi adlı müəllimə əvəzləyir.
Ötən ilin sonunda isə bağçada yanğın olub. Bildirilir ki, Olmina adlı bağça tərbiyəçisi elektrik sobasını işlək vəziyyətdə qoyaraq çıxıb və bağçada bu hadisə baş verib.
Həmin gün gözətçinin içkili olduğu deyilir. Odur ki, yanğın yerinə gələn Səlimi müəllimə ona bir söz deməyib. İddialara görə, buna səbəb gözətçinin Səlimi xanıma arabir “hörmət” elməsidir.
Cahan.info-ya gələn son xəbərə görə, Qazaxda 2 saylı baxçada təzə müdir Gülnar xanımdır. O, əvvəlki müdir - Sayalı xanımın gəlinidir.
Hazırkı müdirənin üst-üstə heç 4 il stajı yoxdur. Bu 4 ildə qaynanası müdür işlədiyi baxçada əvəzçi işləyib. Gülnar xanımın həyat yoldaşı isə bağçada gözətçi işləyir.
Məlumatlı şəxsin söylədikləri də əhəmiyyətlidir: “Qazaxda köhnə dəri-zöhrəvi xəstəxana varıydı, Gülnar xanımın yoldaşı da orda gözətçi işləyirdi. Gecənin birində bağçanın bir televizoru yoxa çıxdı, dəyişildi. Təzənin yerinə köhnəsi gətirildi.
Üstü açılanda digər gözətçinin boynuna atıb ona pulunu ödətdilər. İndi 2 saylı bağçada hamını işdən çıxarmaqla qorxudur, deyir, başçının əmridir, kim sözünə baxmırsa mənə de, işdən çıxardım”.
Bütün bu iddialardan belə nəticə çıxır ki, Qazax bağçalarında özbaşınalıqdır, işçilər təhdid altındadır, hərbə-zorba gəlirlər, bütün qanunsuzluqlar ört-basdır edilir, üstü açılanda yetim-yesir “günah keçisi” kimi qurban verilir.
http://cahan.info/karusel/6640-basci-muavininin-qazax-bagcalarinda-qandonduran-emelleri.html
Yazıda adı keçən hər bir tərəfin mövqeyini dərc etməyə hazırıq.