Keçən il Qusar rayon icra hakimiyyətinin bşçısı Şair Alxasovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalandı. Təbii ki, preident İlham Əliyev bu qərarı ilə dövlət adından etimadını nümayiş etdirmiş oldu.
Amma görünəni odur ki, adı az əvvəl büdcə oğurluğumda hallanan Şair Alxasov hələ də ona olan etimadı doğrultmaq qədərində bir qayğıya malik deyil. Əgər belə olmasaydı, onunla bağlı şikayətlər bu gün dövlətin müvafiq qurumlarının poçt qutularını bürüməzdi.
Elə həmin şikayət məktublarından biri DİA.AZ-a daxil olub.
Müraciətdə deyiliri: "Hörmətli redaksiya. Bi Şair Alxasoun yerli sahibkarlara hansı zülmü nümayiş etdirməsindən danışmayacağıq. Çünki etdiyimiz şikayətlər sonda Alxasovun özünə göndərilir".
Narazı vətəndaş bilriri ki, bu gün Qusarda nə kəməyə torpaq var, nə də iş yeri. Deyirlər, bizim bölgədə oğurluq artıb. Artar da... İşsiz qalan camaat nə etməlidir?"
Narazı vətəndaş bildirir ki, keçən il başçının qəbulunda olub: "Söz verdi ki, məni işə düzəldəcək. aradan bir ilə yaxın vaxt keçib. Nə başçını görüb söz soruşa bilirəm, nə də kimsə sözümü şatdırmır"...
Qusar sakini bildirir ki, gələn həftə başçının yanına "sürprizlə" gedəcək: "Demirəm özümü yandıracam. Amma səsimi bütün ölkəyə eşitdirəcəm".
İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...