FOTOSHOPLA "tikilən" yeni imicli İmişli avtovağzalı - FOTO
İmişli rayondakı avtovağzalın fotoşopla düzəldiblər. Reallıqdan tamamilə əsər əlamət olmayan bu paylaşım görən yerli sakinləri və qonaqları şok edib. İmişli rayon sakinlərindən redaksiyamıza bildirilən məlumata görə illərdir bərbad olan avtovağzal bir gecədə FOTOSHOP sayəsində görkəmini dəyişib. "Bakunews.az" xəbər verir ki, rayon avtovağzalının Facebook səhifəsində paylaşılan fotosu gerçəkliyi əks etdirmir. Regionlarda baş verən dəyişikliklər abadlığ və quruculuq işləri günü-gündən artırıldığı halda nədənsə bu haldan bu günə qədər heç kəs bəhs etməməkdədir. Regionlarımıza nəzər saldıqda hər bir rayonda təmirli və müasir avtovağzaların mövcud olduğunu görmək mümkündür. Amma İmişli rayonu bu qayğıdan uzaq qalıb. Rayon icra hakimiyyətinin rayon üçün bu günə qədər şişirdilmiş rəqəblər çıxarması bu gün görünən dağa bələdçi lazım olmadığını bir daha subut edir. Məsələdə maraqlı tərəflərin kimliyi hamıya gül kimi aydındır deyən mənbə İcra hakimiyyətini bu görüntüyə görə ittiham etdi. Mənbə qeyd edib ki, icra hakimiyyəti yalnız bununla gündəmə gəlmir. Hətta son dönəm ASAN XİDMƏT mərkəzinin tikintisi ilə bağlı qalmaqal yaranmışdı. Beləki əməkdaşımızın İmişlidə səfərdə olarkən ASAN XİDMƏT binasının tikintisində çalışan fəhlələrin etirazı ilə qarşılaşmışdı. İcra başçısı həmin fəhlələrin haqqını verilməsində canfəşanlıq göstərsədə aldığımız məlumata görə hələdə bəzi fəhlə sinifinə məxsus şəxslərin pulları ödənilməyib. kanal14.az