Göyçay səhiyyəsində soyğunçuluq, ölüm, dəhşət... - baş həkimin bazarından şok faktlar
Göyçay rayon Mərkəzi Xəstəxanasında özbaşınalıq, korrupsiya, soyğunçuluq baş alıb gedir
Bunu rayonun Vaqif küçəsi, ev 34 sakini Səmədov Ramiz Aslan oğlu yazıb.
Onun sözlərinə görə, Göyçayın Nətavan küçəsi, bina 7, mənzil 52 sakini Əliyev Balaseyid Seyağa oğlu qaraciyər serrozu xəstəliyindən əziyyət çəkir.
“Buna görə müalicə olunmaq üçün Göyçay rayon xəstəxananın terapeya şöbəsində stasionar müalicə alan vaxtı buranın baş həkimi Elçin Bilalovun yaratdığı korrupsiya şəbəkəsinin əməllərinin əyani şahidi olub deyə xəstəliyi daha da ağırlaşıb.
Burada xəstələr dava-dərmanı öz ciblərinin pulu ilə Elçin Bilalovun özünə məxsus aptekdən alırlar. Gün ərzində adı olsa da, ancaq xəstələrə yemək verilmir, evdən gətirilən qidaları qəbul edirlər”.
Bildirilir ki, 4 fevral 2019-cu il tarixdə burada Şahin adlı İsmayıllının Mollisaqqalı kənd sakini həkim səriştəsizliyinə görə vəfat edib.
Həmin vəfat etmiş şəxsin meyitini aparmağa gəlmiş qohumlarına həkimlər hücum çəkib pul tələb ediblər ki, qohumunuza burada baxmışıq, buna görə pul verməlisiniz.
Hazırda burada stasionar müalicə alan 2-ci qrup Çernobıl əlili Cəfərov Bəhman Cəbrayıl oğlu isə palatada çığıra-çığıra qalıb onu müalicə edən yoxdur.
Ürək və şəkər xəstəsi olan Bəhman Cəfərovun halını görə adam dəhşətə gəlir. İnsan burada sanki müalicə yox, işgəncə alır.
Məktubda deyilir ki, şəkər, astma və digər kateqoriyadan olan xəstələrə dövlət tərəfindən pulsuz verilməsi üçün ayrılmış dərmanları baş həkim Elçin Bilalov öz qudası Sidiqə həkimin əli ilə aptekdə satdırır:
“Göyçay rayon xəstəxanasında bütün xidmətlər pulludur. Elçin Bilalov baş həkim təyin ediləndən sonra xidmətin qiymətləri birə-beş artıb.
Cərrahiyyə əməliyyatı 800-1000 manat, qan analizi 20-30 manat, ultura səs müayinəsi 30-40 manat, rentgen müaynə 30 manat, diş çəkdirmək 30 manat, həkim müayinəsi 30 manat və sairə. Burada bütün xidmətlər pulludur.
İtirən dövlət olsa da, qazanan isə başda Elçin Bilalov olmaqla bütün heyətdir. Elçin Bilalov bura baş həkim təyin olunandan sonra ölüm halları çoxalıb ki, bununda səbəbkarı ancaq həkim səhlənkarlığı və korrupsiya halıdır.
Elçin Bilalov öz korrupsiya əməlləri ilə keçmiş baş həkim Famil Zeynalovun ölənlərinə rəhmət oxutdurur. Ciddi yoxlama aparılarsa, Elçin Bilalov dərhal həbs edilməlidir.
Bu yaramaz korrupsioner baş həkim məclislərin birində deyib ki, "icra başçısı Mehdi Səlimzadə xəstəxananı bu kökə salıb. Ayda 10.000 manat haqq tələb edir ki, bu pulu vermək üçün belə işləməliyik”.
Elçin Bilalov Göyçay Rayon Mərkəzi Xəstəxanasına baş həkim vəzifəsinə təyin ediməmişdən öncə Göyçay şəhərində yerləşən özünə məxsus "Bialoji Təbabət" xəstəxanasında çalışırdı.
Ancaq Göyçay Mərkəzi Xəstəxanasına məxsus olan EXO müayinə aparatını baş həkim Elçin Bilalov özünə məxsus "Bialoji Təbabət" klinikasına apartdıraraq orada həmin xidməti dəyərindən artıq məbləğdə istifadəyə buraxmışdır.
Mərkəzi xəstəxanaya məxsus olan aparatın şəxsi xəstəxanasında yerləşdirən baş həkim xəstənin sosial durumunun da nəzərə almayaraq “burda mənəm bağdadda kor xəlifə” misalını reallaşdırır.
Göyçay rayon mərkəzi xəstəxanasında pullu xidmət yaradan baş həkim Elçin Bilalovun korrupsiya əməllərinin araşdırılıb barəsində ciddi tədbirlər görülməsinə zərurət var.
Regionda həmişə nümaunəvi yüksək tibbi xidmət göstərən Göyçay rayon xəstəxanasını baş həkim Elçin Bilalov biabırçı vəziyyətə salmışdır. Kolxoz bazarına döndərilən Göyçay rayon mərkəzi xəstəxanasında ölüm halları çoxalıb. \\azerinfo.az\\