Bu sözləri AzEdu.az-a açıqlamasında Lerik rayon Vistən kənd tam orta məktəbinin Riyaziyyat müəllimi Rusif Məmmədov bildirib.
Onun sözlərinə görə, qışda günəşli havada şagirdlərə açıq hava altında dərs keçməyin ayrı gözəlliyi var:
“Keçən il şagirdlərə açıq havada dərs keçməyi təklif etsəm də daha sonra onlar özləri təkid etdilər. Hətta yazda meşədə çay kənarında da şagirdlərimə dərs keçirəm. Ümumiyyətlə, açıq havada şagirdlərə dərs deyilən zaman onların beyni daha da yaxşı çalışır və inkişaf edir”.
Rusif Məmmədov bildirib ki, açıq havada şagirdlərə dərs keçməyi bir azda məktəbin şəraiti ilə əlaqədardır:
“Məktəbdə dərsdən sonra sinif otaqları təmizlənsə də amma toz içində olur. Döşəmələr bərbad vəziyyətdə olduğu üçün xadimələrdə heç bir günah yoxdur. Məktəbdə 150-dən artıq şagird təhsil alsa da amma şərait çox bərbaddır. Sinif otaqları isinmir, döşəmələr deşik-deşik, işıq sistemi və internet yoxdur. Məktəbin divarları köhnə çiy kərpicdən tikilib hətta burada su sistemi də yoxdur.
Vəziyyətimiz nə qədər çətin olsa da işimizə rəng qataraq dərsimizi keçməyə çalışırıq. Onu da qeyd edim ki, açıq havada dərs keçməyin heç bir çətinliyi yoxdur. Amma yeni məktəb tikilsə və öz istəyimizlə açıq havada dərs keçsək yaxşı olar”.