Rəcəb Babaşov necə haqsızlıq edir... - Prezidentə şikayət olundu

 Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevə
Surəti : Vitse Prezident Mehriban xanım Əliyevaya
Qazax rayonunun Ağköynək kənd sakini,
2001-ci ildən hakim partiya olan YAP-ın üzvü,
Ali təhsilli baxça müəlliməsi, Qazax şəhər 2 saylı
uşaq baxçasından tam əsassız çıxarılan, 80 manata müəllimə
işləmiş , ailəli Həsənova Solmaz Novruz qızı tərəfindən

M Ü R A C İ Ə T .

Hörmətli Prezidentimiz!

Bildirirəm ki, mən, hələ 23 yaşımda Ulu Öndərimiz, mərhum Heydər Əliyevin qurub yaratdığı YAP-ın üzvüyəm. Gənc yaşlarımda mən bu partiyaya heç kimin təkidi ilə deyil, öz arzu, amalımla daxil olmuşam. Bu rəhmətlik Ulu öndərimizə, Sizə və Sizin komandanıza olan məhəbbətimdən irəli gəlib. Əqidəcə möhkəm və sağlam ruhda böyümüş qadınam. Ailəliyəm. Bir məktəbli övladım var. Həyat yoldaşım heç bir yerdə işləmir. Mən isə 15 ildən artıqdır ki, ixtisasım üzrə Qazax şəhər baxçalarında əvvəllər məzuniyyət yerlərinə, son 1 ildə isə 0,5 ştatla 2 saylı uşaq baxçasında çalışmışam. İşimdə həmişə nizam-intizamlı, verilən tapşırıqları layiqincə yerinə yetirən insanam. Necə deyərlər, başımı aşağı salıb ailə üçün qadınlıq borcumu yerinə yetirən anayam.

Lakin, mənim bu cür xasiyyətim Qazaxın icra başçısı, təərifləri “Alosmandan” çıxan Rəcəb Babaşovun xoşuna gəlməyərək, 18 sentyabr 2018-ci ildə məni tam qanunsuz, tam əsassız şəkildə məmur özbaşınalığına yol verərək əsabələrinin köməyi ilə işdən azad etdi. Yəni, bir ailədə məndən başqa heç kimin işləmədiyi, yalnız mənim 80 manatıma ümid bağladığım halda nə üçün işdən kənarlaşdım? Səbəb nədi? Nədir günahım?

Siz cənab İlham Əliyev dəfələrlə bu cür məmurları vətəndaşlara qarşı diqqətli, ehtiyatlı, xeyirxah olmağa çağırdığınız halda Rəcəb Babaşov kimilərinə hansı qiymət verilə bilər? Bu yaxınlarda Prezident kimi “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda yerli icra orqanlarına ciddi xəbərdarlıq etdiniz. Əksinə, babşov həmin konfransdan gələndən özbaşınalıqlara daha çox yer ayırdı.

Baxın, adi bir bağçada işləyib 80 manat evinə zəhməthaqqı aparan 40 yaşlı qadına Sizin kadrınızın ona təzyiqi necə qiymətləndirilə bilər? Bu gün Sizin tapşırığınızla hər yerdə iş yerlərinin açılması, vətəndaşalrın işlə təmin edilməsi prioritet məsələyə çevrildiyi halda Rəcəb Babaşovun bu hərəkəti hansı ölçüyə sığır?

Cənab Prezident!

İnanın, Babaşov Qazaxa gələndən ağır bir “rejm” hökm sürür. Hamını baş əydirməyə çalışır. İnsanlarda dərin bir məmur “xofu” yaradıb. Nə olar başçı olanda, adama sual verərlər ki, “Babaşov, niyə sakinləri dövlətə qarşı qaldırır, qəsdən narazılıq yaradırsınız?”

Qazaxda hamı qorxusundan bu insana yalvarır, təərifləyir, az qalır ki, üst-başını təmizləsin. Babaşov Qazaxda həm prokuror, həm rəis, həm də məhkəmədir. Kimiyə deyir, tutduraram, kimyə deyir asdıraram, kimiyə deyir ki, itirərəm. Tabeçiliyndəki idarə müdirləri isə yenə öz işlərindədir. Alan alır, verən verir, satan da satır. Azmış kimi Babaşov onlara “Fəxri Fərman “da verir.

İstəmirəm deyəm, öyrənilsə ki, Qazax şəhərində yerləşən başçının qonaq evində Babaşova kim qulluq edir. Onda təlatüm yaranar. Bu mövzuya hələ ki sonra...

Qazaxın 100 hektarlarla torpağı icra başçısı tərəfindən əkilərək kartof, soğan və sairə kimi məhsuular əldə edilib rayon rəhbərinin şəxsi hesabına daxil olur. Onun Sabirabadda qurduğu maldarlığıa hələ ki bildiyim bir neçə nəfər Qazaxın işçisi ola-ola, əməkhaqqını Qazaxdan ala-ala gedib Babaşovun biznesinə kömək edirlər. Aylarla ailələrinin üzünə həsrətdirlər. Demək belə qanunauyğunsuzluqlar olar, mən isə xəstə bir övladıma, işləməyən həyat yoladşımla bir qismət çörək kəsmək üçün 80 manat apara bilmərəm? Hansı ki, bu dövlətə, bu partiyay xidmət edə-edə.

Rəcəb Babaşov həddindən çox özünü və təərifi sevən insandır. Bu da onun ilk dəfədir ki, icra başçısı işləməyini göstərir. Babaşovun xarakterinə uyğunlaşa bilməyən savadlı kadrlar icra başçısının iqamətgahından uzaqlaşdırılır. Hazırda müavini Gülayə Həsənovanın sözü ilə razılaşır. Vaxt var idi Gülayə Həsənova başçının 1-ci çıxardacağı adama çevrilmişdi. Sonra məlum məsələlərə görə Gülayə Həsənova icra başçısının gözündə ən hörmətli kadra çevrildi.

Cənab Prüzident!

İnasn nə qədər ağıllı olsa da ona deyilən haqsız mənəvi təsirlər onu “dəli” edir. O cümlədən, başçının mənin 80 mantımı kəsib, özüm də bülletendə ola-ola işdən kənarlaşdırması məni həmin həddə çatdırıb. Əlac ona qalıb ki, Prezident Aparatının qarşısına çıxıb özümü bu millətin qabağında yandıram. Bax budur, Rəcəb Babşovun Qazaxdakı “abadlıq, quruculuq” işləri. Babşovun kimlərinsə sözünə məhəl qoyub bizə etdiyi zülm. Sizi yalançı hərəkətləri ilə aldatması.

Cənab Prezident!

Babaşovun Qazaxa gəldiyi 2 ildən artıq vaxtda yaltaqlardan, 3 üzlülərdən, onun üzəgörə sadiq “qullarından” başqa əhalinin yarısı stress keçirib. Ürəkləri xəstə olub. Danışanda Allahdan, Peyğəmbərdən, Dindən İmandan danışan Babaşovun hərəkətləri bizlərə, həm də mənə etdiyi qanusuzluqla heç cürə bir araya sığımır. Oğlu, qızı olan hər bir məmur sadə vətəndaşı ayaqlamaz. Təvazökarlıqdan uzaq da olsa, baxça üzrə sırf kadrlardan biri mənəm. Babaşovun Gülayə Həsənovanın sumkasının altından keçməklə tövsiyyə etdikləri müxtəlif sahənin adamlarıdır. Uşaq psixolgiyasından xəbəri olmayanlar, ekoloq, riyaziyyatçı, tarixçi, alman dili

müəlliməsi və sairə, hətta qeyri ixtisas kollec qurtaranlar məlum səbələrdən işə götürülüblər.

Eybi yox, buna da dözərəm. Yəqin Allahını tanıyanlar bizə də köməklik göstərərlər. Heç kim bu dünyadan heç nə aparası deyil. Təəssüflər ki, özümüz –özümüzə qənim kəsilmişik.

Cənab Prezidentim!

Faktlar çoxdur. Anacaq qadınlığıma hörmətlə yanaşıb çox dərinə getmək istəməzdim. Babaşovun da ailəsi var. Ola bilər mənim 80 manatım kiməsə lazımdı.

Yaxşı olardı ki, bir prezidentimiz kimi mənim ailəmin dolanmasına yardımçı olasınız. Mən də Allaha , dinə, imana inanan, heç kimim olmayan bir qadınam. Bax Sizdən bunları xahiş etmək istərdim, cənab İlham Əliyev.

Buna görə də, Sizə müraciət etmək qərarına gəldim. Sağ olun, Allah amanında.


Redaksiyadan: İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq... 
Tarix: 14-02-2019, 10:10
Xəbəri paylaş





Xəbər lenti