“Bizə verilən belə cavabların səbəbkarları İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin rəisi Taleh Quliyev və Qaçqın və Məcburi Köçkünlər üzrə Dövlət Komitəsinin İsmayıllı rayonu üzrə nümayəndəsi Tahir Əliyevdir.
Bu iki vəzifəli şəxslər bizə məlum olmayan səbəblərə görə əlaqəyə girərək müraciət etdiyimiz aidiyyatı orqanlara cavabdehlərin atama məxsus mülkiyyətində guya 1997-ci ildən yaşamaqları ilə bağlı saxta arayışlar təqdim edirlər.
Belə saxta arayışlar verməklə Taleh Quliyev və Tahir Əliyev cənab Prezident sizi və müraciət olunmuş digər şəxsləri aldadaraq vətəndaşları sizdən və sizin təyin etdiyiniz rəhbər şəxslərdən narazılıq yaratmağa çalışırlar”.
Cahan.info-nun verdiyi məlumata görə, bu sözləri İsmayıllının H. Zərdabi küçəsi, ev 10-da yaşayan Hacızadə Elvin Babaverdi oğlu prezidentə məktubunda yazıb.
Onun sözlərinə görə, prezidentin bu qanunsuzluğun və haqsızlığın qarşısını alacağına inanır. E.Hacızadə bildirib ki, Şəki Apellyasiya Məhkəməsinin 28 sentyabr 2016-cı il tarixli qətnaməsi icra olunmur, dövlət başçısının müdaxiləsini gözləyir.
Şikayətçi əlavə edib ki, mülkiyyətimizə qarşı olan bu haqsızlığa və qanunsuzluğa dözməyən atası infarkt keçirdərək bir müddət reanimasiyada qaldıqdan sonra dünyasını dəyişib.
“İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin rəisi Taleh Quliyevin və Qaçqın Məcburi Köçkünlər üzrə Dövlət Komitəsinin İsmayıllı rayonu üzrə nümayəndəsi Tahir Əliyevin vəzifəsini daşıdıqları dövlətə həmin dövlətin rəhbərinə və vətəndaşına etdikləri xəyanəti atam həzm edə bilmədi. Onun varisi mənəm. Varislik haqqında rəsmi sənədim var”, - deyə vurğulayıb.
Onun dediyinə görə, atası Babaverdi Hacıyevə verilmiş bu cavablar qanunsuz və əsassızdır:“Çünki cavabdehlər 2000-ci ildən sonra atama məxsus M. Müşviq küçəsi 21 nömrəli ünvanda yerləşən xususi mülkiyyətdə yerləşiblər.
Bunu subut edən əlimizdə tutarlı sənədlər var. Belə ki, 2000-ci ildə cavabdeh Qasımlı Nərgiz Barat qızı birinci sinfə qəbul olunan zaman ona yaşayış yerindən arayış verilib.
Həmin arayışda cavabdehlərin yaşadığı yer İsmayıllı şəhəri M. Müşviq küçəsi 21 nömrəli ünvanda deyil, İsmayıllı şəhəri Nizami küçəsi 8 nömrəli ünvan qeyd olunub.
Mən bu arayışın bir sürətini ərizəmə əlavə edirəm. Qeyd edim ki, Şəki Apellyasiya məhkəməsidə 28 sentyabr 2016-cı il tarixli 2(107)-1226/2016 nömrəli qətnaməsini əsas bu iki arayışa əsaslanaraq çıxarmışdır”.
Cahan.info xəbər verir ki, “Qaçqınkom”un İsmayıllıdakı nümayəndəsinin vətəndaşın mülkiyyətini qəsb etməsi təəccüb doğurmur.
Çünki komitənin öz sədri də köçkünlərə biganə münasibəti, diqqətsizliyi və 180 minlik maşında gəzməsi ilə nümayəndələrinə bir nümunədir.
Bu mövzuda anaxeber.info yazıb ki, Azərbaycan prezidentinin şəhid ailələri ilə görüşdüyü gün xəbər yayıldı və rəsmi təsdiqləndi: “Qaçqınkom” sədri 180 minlik BMW alıb.
Komitə bu məlumata belə izahat verdi ki, köhnə xidməti avtomobili sabiq sədr özü ilə aparıb, qaytarmayıb. Ona görə Əli Həsənovdan xidməti maşını geri ala bilməyiblər, Rövşən Rzayevə təzəsi - 180 minlik maşın verilib. Əcəb işdir!
R.Rzayev fikirləşib ki, Şuşanın icra başçısı Bayram Səfərovdan nəyi əskikdir, onun “Lincoln MKS” maşını varsa, mənim də 180 minlik BMW avtomobilim niyə olmasın?!
1 milyon köçkünü olan dövlətdə onların taleyinə, sosial qayğılarına cavadeh qurumun yeni sədri fantastik qiyməti olan maşın sürürsə, qaçqın daha nə gözləsin...
R.Rzayev komitə sədri vəzifəsinə gəldiyi vaxtdan kimsə intihara qalxır, kimsə haqsızlıqla üzləşir, kiminin hələ də evi yox, kimisi zirzəmidə yaşayır.
Qısaca desək, Ə.Həsənova şükür etdirir. Çünki Ə.Həsənov ən azından özü köçkünlüyün nə olduğunu bilirdi, bu insanları yaxşı tanıyırdı.
Deputatlığı dövrdə Milli Məclisdə səsi gəlməyən, yalnız ABŞ-a sanksiya tətbiq eləmək kimi absurd təşəbbüsü ilə yaddaşlarda qalan R.Rzayevin “Qaçqınkom”a gəlişinin nəticələri göz qabağındadır: qaçqınların problemləri ilə bağlı köklü addımlar atmayıb, tez bir vaxtda 180 minlik maşına sahiblənib.
Axı köçkünü zillət içində yaşayan ölkədə “Qaçqınkom” sədri niyə oliqarx maşını ilə gəzməlidir? Prezidentin təklif etdiyi yerli istehsal maşını sürmək olmazmı?