Vüsal Həsənov laçında görülən hər hansı işin smeta dəyərini şişirdərək büdcə vəsaitini mənimsəməkdə rayonlardakı maliyyə rəislərindən geri qalmır.
Cahan.info-nun media üzərindən əldə etdiyi məlumata görə, V.Həsənov Laçın maliyyə rəisi postunda yüzminlər silməklə məşğuldur.
O, məktəblərin 2016-2017-ci tədris ili üçün zəruri və əsaslı təmir bərpa işlərinə ayrılan vəsaiti yoxa çıxarıb. Dövlətin pulundan bir qəpik məktəb təmirinə xərclənməyib.
Amma barəsində gedən faktlardan əl-ayağa düşən V.Həsənov özünə yaxın saytlar taparaq şəninə təriflər yağdırır.
Belə ki, dogrusöztv.az saytında “Laçının nümunəvi dövlət qulluqçusu” başlığı ilə məqalə dərc olunub. Məqalədə V.Həsənovun şəffaf fəaliyyətindən, qanunsuzluğa yol verməməsindən bəhs olunur.
Amma elə ötən il Laçın sakini Xudayarov Baxşeyiş Salyan oğlu tərəfindən prokurora müraciətdə maliyyə maxinasiyalarından yazılırdı.
Belə ki, Dövlət Maliyyə Nəzarəti Xidmətinin 10 saylı Regional Maliyyə Müfəttişliyi bir Laçın rayon Təhsil Şöbəsində 12 ilin maliyyə yoxlamalarını aparıb. Nəzərinizə çatdıraq ki, Laçının təhsil şefi elə maliyyə rəisi Vüsal Həsənovun qardaşı Nicat Həsənovdur.
Məktubda bildirilirdi ki, 10 saylı Regional Maliyyə Müfəttişliyinin rəisi Ədalət Nəbiyevin rəhbərlik etdiyi yoxlama komissiyasının üzvləri orta məktəblərdə apardıqları yoxlamalar zamanı ciddi nöqsanlar aşkarlanıb.
Həmin aşkarlanmış nöqsanlar heç də qabardılmır. Küllü miqdarda dövlət vəsaitinin mənimsənilməsi faktların ört-basdır etmək üçün hər məktəb direktorundan 4000-4500 manat arası pul tələb olunub.
Məktəb direktorları onlardan tələb olunan vəsaiti özləri ödəmək iqtidarında olmadıqları üçün müəllimlərdən kütləvi şəkildə toplamaq məcburiyyətindədirlər.
Müəllimlər isə bundan narazıdırlar.Laçın rayon Təhsil Şöbəsinin tabeliyində 111 orta məktəb var, heç onların 60-da normal tədris yoxdur.
Görünür ki, təhsil müdiri olan qardaş bir tərəfdən pul qazanır, digər tərəfdən maliyyə rəisi olan qardaşı buna göz yumur. Ona görə müfəttişliyin yoxlaması ciddi faktları üzə çıxarıb.
İcra Hakimiyyəti başçısı yanında Şura üzvü, rayon maliyyə rəisi Vüsal Həsənov qardaşının təhsildəki yeyintilərinə don geyindirir, ört-basdır edir.
Laçında kifayət qədər təhsilli, ziyalı, savadlı kadrlar olduğu halda Həsənov qardaşlarının iki mühüm şöbənin rəhbər vəzifələrini zəbt etməsi sual doğurur.
Buna cavablarında isə qeyri-rəsmi olaraq “Ceyhun Bayramovla qardaşı Azər Bayramov yüksək vəzifələr tuta bilir, niyə də biz yox?!” dedikləri iddia olunur.
Rayona ayrılan maliyyənin talan edilməsi, büdcə təşkilatlarına “divan tutulması”, təhsilin bərbad günə salınmasında Həsənovların rolu nə qədərdirsə, onlara havadarlıq edən A.Nəzərlinin payı da az deyil.
Qarşı tərəfi dinləməyə hazırıq.