Rəcəb Babaşov Qazaxda “su üsyanı” hazırlayır: Sakinlər Bakı-Qazax yolunu bağlayacaq

 Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov Canallı kəndinin girəcəyində Yeni Yaşayış Massivində 100-dən çox ailəni susuz qoyub.
Bu barədə Sozcu.az-a daxil olan məlumatda bildirilir ki, 10 gündən çoxdur ki, 100-dən çox ailənin yaşadığı Yeni Yaşayış Massivinə su verilmir. Dünən 40-dan çox ailə başçısı Rayon İcra Hakimiyyətində olub. Lakin onları heç kim qəbul etməyib.
Sakinlər problemin tezliklə həll olunmayacağı təqdirdə Bakı-Qazax yolunu bağlayacağlarını bildirirlər.
Mövzunu diqqətdə saxlayacağıq.
Tarix: 21-08-2019, 09:00
Xəbəri paylaş





Xəbər lenti