Novruz Novruzovla görüşmək istəyən vətəndaş rəisdən təminat istədi - Müraciət...

 

Siyəzən rayon Polis İdarəsinin rəisi polis polkovniki cənab Valik Vəlimətova

Bakı şəhəri, Nərimanov rayonu, Ak. H.Əliyev küçəsi 92, mənzil 1 Bədəlov Cəlal Bayram oğlu tərəfindən

Telefon: 050-313-64-61

ƏRİZƏ

Məlumat üçün bildirmək istəyirəm ki, mən Bədəlov Cəlal Şabran rayon İcra Hakimiyyətinin başçısının müavini Mehdi Balabəyov vasitəsilə 12.04.2013-cü ildə Şabran rayon İcra Hakimiyyətinin başçısı işləmiş hal-hazırda Siyəzən rayon İcra Hakimiyyətinin başçısı işləyən Novruz Novruzovla tanış olmuşam. Mehdi Balabəyov Şabran rayonunda aparılan quruculuq işlərinin və yeni layihələrin tenderində iştirakına razılıq vermək məqsədi ilə məndən pul istəmiş və mən də bu tenderin uğurlu nəticələrinə və onun yalan vədlərinə inanaraq ona 227000 (iki yüz iyirmi yeddi min) manat pul verdim. Sonradan bu şəxs tərəfindən aldandığımı görüb vermiş olduğum pulları ondan geri istədim. Mehdi Balabəyov məndən aldığı pulların müəyyən hissəsini Novruz Novruzova verdiyini söylədi. Şabran rayon İcra Hakimiyyətinə çox get-gəldən sonra Novruz müəllim məni Şabran rayonunda yerləşən Qala Restoranında qəbul etdi və söylədi ki, mənə dəymiş ziyan tam ödəniləcək. Sonradan 5 nəfərin şəxsin iştirakı ilə mənə 50000 (əlli min) manat pul qaytarıldı və yenə də gözləməyi təklif edildi. Lakin sonradan qalan pulumu qaytarmadı. Mehdi Balabəyovun bu hərəkəti ilə bağlı dəfələrlə Şabran rayon İcra Hakimiyyətinin başçısı işləmiş, Novruz Novruzova, Ali Hüquq Mühafizə Orqanlarına müraciət etsəm də müraciətim baxılması üçün Şabran rayon İcra Hakimiyyətinə göndərilmişdir. Bu ərizəmi isə İcra Hakimiyyətinin müavini barəsində şikayət etdiyim şəxsin həmkarı müavin Fikrət Nuşiyev cavablandıraraq guya mənim şikayət ərizəmdə yazdıqlarım yalan olduğunu və sübuta yetmədiyini mənə ünvanladığı məktubda göstərilmişdir.

Hörmətli polkovnik Valik Vəlimətov cənabları, hal-hazırda Novruz müəllim Siyəzən rayon İcra Hakimiyyətinin başçısıdır. Mən 3 dəfə onun qəbuluna gəlmişəm. O məni qəbul etməyib və köməkçisinin adından Siyəzən rayon polis idarəsinə şikayət məktubu göndərərək mənə təzyiqlər etmək istəyir.

Mən Siyəzən rayon İcra Hakimiyyəti başçısı Novruz Novruzovun yuxarıda göstərdiyim faktlarla bağlı qəbuluna gəlmək istəyirəm.

Xahiş edirəm təhlükəsizliyimi qoruyasınız.

İmza: Bədəlov Cəlal
 
Tarix: 28-08-2019, 08:37
Xəbəri paylaş





Xəbər lenti