İmişlidə sakinlər yolu bağlayıb - Kommunal tələblərlə bağlı

İmişlidə sakinlər yolu bağlayıb - Kommunal tələblərlə bağlı

Dünən İmişlidə etiraz aksiyası keçirilib.

Yerli sakinlərin BakuPost-a verdiyi məlumata görə, elektrik enerjisinin və suyun fasilələrlə verilməsinə, təbii qaz olmamasına etiraz edən rayon sakinləri magistral yolu bağlamağa cəhd edib.

Əraziyə polis qüvvələri cəlb olunub. Polisin müdaxiləsindən sonra yolun açılmasına nail olunub.

Siam.az
Tarix: 10-09-2019, 09:49
Xəbəri paylaş





Xəbər lenti