İmişliyə Bakıdan başçı göndərilir... - Vilyam Hacıyevi himayədarları meydanda tək qoyası olacaq...

 

İmişli rayon İcra Hakimiyyətinin başçısı postunda dəyişiklik nəayət ki, rəsmiləşəcək. Bu barədə DİA.AZ-a məlumatlı mənbə xəbər verib. Qaynağın iddialarına görə, hazırda Bakı rayonlarının birində yüksək vəzifə tutan və əslən İmişlidən olan məmurlardan birinin rayona rəhbər təyinatı planlaşdırılır.

DİA.AZ-a deyilənlər: "Vilyam Hacıyev böyük yeyintilərə imza atmış və bu vaxta qədər məsuliyyətdən kənarda qalmağa müvəffəq olan bir başçı kimi görəvdən atılacaq. Onun qaibəti necə olacaq? Bu artıq "yuxarıların" verəcəyi qərardır. Doğrudur, bu gün Vilyam Hacıyev mətbuatda "sirli qüvvələr" tərəfindən qorunur, onunla bağlı yazı yazmaq belə həmin qüvvələrin təsiri səbəbindən imkansız görünür. Amma bu ölkənin sahibləri var və çox güman bu gün Vilyamı mediadan qoruyanlar onu dövlətin "silis"indən qurtara bilməyəcəklər".

Əlavə bilgilərimiz olacaq. Bizi izləyin. İddia olunanlarla bağlı qarşı tərəfin fikirlərini də işıqlandırmağa hazırıq.
Tarix: 11-09-2019, 21:10
Xəbəri paylaş





Xəbər lenti