Tərtər məktəblərində “Bilik-günü” qeyd olundu

        Sentyabrın 16-da Tərtər rayonunun ümumtəhsil məktəblərində yeni dərs ilinin başlanması münasibətilə təntənəli mərasimlər keçirildi.
Rayon icra hakimiyyətinin başçısı və onun nümayəndələri, idarə, müəssisə rəhbərləri ümumtəhsil məktəblərində, o cümlədən Şıxarx qəsəbəsi ərazisində 1176 məcburi köçkün ailəsi üçün inşa olunmuş yaşayış kompleksində fəaliyyət göstərən 1200 yerlik tam orta məktəbdə yerləşən Laçın rayonunun Çaylı kənd tam orta, Nərimaniya kənd ümumi orta, Ağdam rayonunun 84 saylı tam orta və Kəlbəcər rayonunun 36 saylı tam orta məktəblərində də oldular.
Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov “Bilik günü” münasibəti ilə rayonumuzun təhsil işçilərini və şagirdləri təbrik edərək, onlara təhsildə uğurlar dilədi. Bildirdi ki, respublika Prezidenti cənab İlham Əliyev və Birinci-vitse prezident Mehriban xanın Əliyeva tərəfindən milli təhsilimizə yüksək səviyyədə diqqət və qayğı göstərilir. Dövlət tərəfindən, Heydər Əliyev Fondu tərəfindən yeni məktəblər, uşaq evləri, liseylər tikilir, məktəblərin maddi-texniki bazası gücləndirilir. Təhsilə göstərilən qayğı gələcəyimizə göstərilən qayğıdır. Məhz bu qayğı nəticəsində təhsildə uğurlu nəticələr əldə olunur.
. Rayon rəhbəri rayonumuzda təhsilin keyfiyyətinə göstərilən diqqət və qayğıdan danışaraq bildirib ki, ötən tədris ilində şəhər 6 saylı tam orta və Qazyan kənd ümumi orta məktəbləri əsaslı təmir olunmuş, Bayandur, Poladlı kəndləri üçün modul tipli məktəblər tikilərək istifadeye verilmişdir. Hazırda Zolgəran kənd ümumi orta və Kovdadıq kənd ibtidai məktəbləri üçün modul tipli məktəblərin tikintisi yekunlaşmaq üzrədir. Ümumiyyətlə son on beş il ərzində rayonumuzda 9 məktəb binası tikilmiş, 8 məktəb əsaslı təmir olunmuş və 5 modul tipli məktəb quraşdırılmışdır.
Qeyd olundu ki, bu il ali təhsil ocaqlarına sənəd verən 393 nəfərdən 236 nəfəri ali (onlardan 220 nəfəri bu ilki, 16 nəfər isə əvvəlki illərin məzunlarıdır), 114 nəfəri isə orta ixtisas təhsilli məktəblərinə daxil olmuşdur. Onlardan 4 nəfəri 600-dən yuxarı 29 nəfəri 500-dən yuxarı bal toplamışdır. Cəmişid Naxçıvaniski adına hərbi liseyə 2, Fövqəladə Hallar Nazirliyinin Akademiyasına 2, Sərhəd Qoşunlarının Akademiyasına isə 3 nəfər məzunumuz qəbul olunmuşdur. 600-dən yuxarı bal toplayan 4 nəfərin 1 nəfəri şəhər 2 saylı, 1 nəfəri 6 saylı, 1 nəfəri Evoğlu, 1 nəfəri Qapanlı kənd tam orta məktəbin məzunlarıdır. Ali məktəblərə qəbul zaman şəhər 2
saylı məktəb lisey (32 nəfər), Şəhər 1 saylı (29 nəfər), şəhər 5 saylı (11 nəfər), Hacıqərvənd (10 nəfər), Bəyimsarov (12 nəfər), Sarov (13 nəfər), Qaradağlı (10 nəfər) kənd tam orta məktəbləri fərqlənmişlər.
Bu il isə 930 nəfər birinci sinfə qəbul edilmiş, 672 nəfər isə XI sinifdə təhsil alacaq. İnanırıq ki, bu il təhsildə qazanacağımız uğurlar ötən ildəkindən yüksək olacaq.
Məktəblərdə keçirilən “Bilik gününə” həsr olunmuş tədbirlərdə birincilər vətənə, anaya, məktəbə və şəhidlərimizə həsr olunan şeirlər söylədilər. Çıxış edən müəllim və valdeyinlər şagirdlərin sevincinə qoşuldular, onları təbrik edib, təhsildə uğurlar arzuladılar.
Sonra çalınan zəng uşaqları sinif otaqlarına səslədi. Əllərində gül-çiçək dəstələri tutmuş şagirdlər siniflərə daxil oldular.
“Bilik günü” müəllim və şagirdlər üçün yaddaqalan oldu.                   
Tarix: 16-09-2019, 22:09
Xəbəri paylaş





Xəbər lenti