Şəmkirdə başçının gedişi üçün imza toplanılacaq... - ETİRAZ

Şəmkirdə başçının gedişi üçün imza toplanılacaq...
Məhz keçmiş Vergilər Naziri Fazil Məmmədovun kadrı olaraq müxtəlif görəvlər tutan, sonradan vergidəki nöqsanları səbəbindən sözügedən sistemdən qovulan və Fazil Məmmədovun himayəsi altında Şəmkirə başçı göndərilən Alimpaşa Məmmədovun vəzifəsindən alınacağı haqda informasiyalar hələ xeyli əvvəlindən - Fazil Məmmədovun görəvdən alınmasının ardından yayılsa da, hələ də Şəmkir camaatı arzusuna çata bilməyib. Bəli məhz arzusuna. Elə DİA.AZ-a ünvanlanan ard-arda şikayətlərdən də anlaşılanı odur ki, şəmkirlilər Alimpaşa Məmmədovun icra başçısı kimi fəaliyyətindən nəinki narazıdırlar, hətta onun fəaliyyətinin belə araşdırlmasını tələb edirlər.

DİA.AZ-a Şəmkirdən daxil olan müraciətdə daha sonra qeyd olunur:

"Alimpaşa Məmmədov bir vergi işçisi kimi bəlkə də "yaxşı" kadr olub. Yəni hardan nə qədər almaq lazımdır, hara nə qədər vermək lazımdır yaxşı bilir. Buna görə də, bu gün Şəmkirdə gördüyünüz bütün istixana sahibləri, obyekt işlədənlər Alimpaşa Məmmədova rəsmən haqq ödəyirlər. Dövlətin vergisi bir kənarda qalıb, hamı Alimpaşa Məmmədov üçün işləyir. Amma iş normala qalsa, bu gün Şəmkirdən sahibkar-fermerlərdən yığılan pulla iki Şəmkir boyda rayonu saxlamaq olar. Amma ortada olanı odur ki, hörmətli başçımız yığıdığı pulların böyük hissəsini mənimsəyir".

Sakinlər dia.az vasitəsilə müraciətlərində yeni başçının göndərilməsi arzusu ilə ölkə rəhbərliyindən xahişdə də bulunurlar: "Alimpaşa Məmmədov hansısa bir özəl şirkətdə faydalı mühasib kimi bacarıqlı ola bilər. Amma rayon rəhbəri kimi bu adam ancaq narazılıq yarada bilər ki, onu da etməkdədir. Əgər belə davam edərsə, Şəmkir camaatı başçının dəyişdirilməsi üçün imza toplama kampaniyası da keçirəcək".

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...
Tarix: 27-09-2019, 16:51
Xəbəri paylaş





Xəbər lenti