İcra başçısının ilk qəbul günündə narazılıq - VİDEO


bitmap-img6




İcra başçısının ilk qəbul günündə narazılıq - VİDEO
 
Ağsunun yeni icra başçısı Vahid Tağıyevin ilk qəbul günündə narazılıq yaranıb. 

Siam.az xəbər verir ki, bu barədə "Yeni Sabah”a rayon sakinləri məlumat verib. Onların sözlərinə görə, icra başçısının qəbuluna düşmək üçün icra hakimiyyətinin binası önünə 200 nəfərə yaxın şikayətçi toplaşsa da, onların çox az bir qismi qəbula düşə bilib. 

"Dedilər ki, nahardan sonra yenidən qəbul başlayacaq. Lakin nahar bitməmiş bizi binanın önündən kənarlaşdırdılar və bildirdilər ki, qəbul olmayacaq. Biz ümid edirdik ki, Vahid Tağıyev Ənvər Seyidəliyevdən fərqlənəcək. Lakin ümidlərimiz doğrulmadı. Vahid Tağıyev elə ilk gündən narazılıq yaratdı”, - deyə sakinlər bildirib.

Şikayətçilərin narazılığına səbəb olan məsələlərdən biri də yeni icra başçısının zəlzələdən ziyan çəkənləri qəbul etməyəcəyini bildirməsidir:

 "Bizə deyilib ki, bu məsələ ilə bağlı icra başçısı heç kimi qəbul etməyəcək. Bura gələnlərin çoxu da elə bu məsələ üçün gəlib. Təbii fəlakət baş verib, insanların evi uçub, dağılıb, dövlət büdcəsindən təmir bərpa işlərinə külli miqdarda vəsait ayrılıb. Amma kimin imkanı var onun evini təmir edirlər, tamamilə yararsız vəziyyətdə olanların yerinə yenisini tikirlər. Amma imkansız, arxa-dayaqsız insanların dərdini dinləyən yoxdur”.




Tarix: 4-10-2019, 22:40
Xəbəri paylaş





Xəbər lenti