AĞDAM “SUKANAL” IDARƏSININ MÜDIRI “MÖHLƏT SƏNƏDINI” ZIBIL ADLANDIRIR- ŞOK İTTİHAM- SƏSYAZISI

        Hörmətli çoxsaylı oxucular! Təqribən yeddi-səkkiz gün bundan öncə Nyus.az saytında SHXÇDX-nin Ağdam rayon idarəsində yaşanan biabırçılıqlarla, yəni ölkəmizin müharibə şəraitində olmasına baxmayaraq, adı çəkilən bu rayonda bəzi gənclərin hərbi xidmətdən yayınmalarına “yaşıl işıq” yandırması ilə bağlı tənqidi açıqlama dərc etmişdik. Yazıb qeyd etmişdik ki, bu idarədə altı aylıq möhlət vaxtı 1700 manata “satışa çıxarılır”. İşıq üzü görən açıqlamanın kökündə Ağdam “Sukanal” idarəsinin müdiri Vüqar Qəhrəmanovun, qeyd olunan məbləği SHXÇDX-nin Ağdam rayon idarəsinin rəhbərliyinə çatdırmaqla, oğlu Vüsal Qəhrəmanzadə üçün altı aytlıq möhlət vaxtı alması dururdu.

Belə ki, Nyus.az saytının redaksiyasına daxil olan məlumatlarda qeyd olunur ki, rayonun “Sukanal” idarəsinə rəhbərlik edən bu şəxsin oğlu Vüsal Qəhrəmanzadə, BDU-nun beynəlxalq münasibətlər fakültəsinin sonuncu kursunu başa vursa da, oğul Qəhrəmanzadə nədənsə “qəhrəmanlıq göstərib” sahib olmaq istədiyi diplomunu əldə edə bilmir. Buna da əsas səbəb, adı çəkilən şəxsin əvvəlki kurslardan beş “kəsr”inin qalması olur. Məsələnin düşündürücü tərəfi odur ki, 18 yaş həddini çoxdan keçmiş Vüsal Qəhrəmanzadə, bu gün nə BDU-dakı problemlərini tam qaydaya sala bilir, nə də ki, Vətən qarşısında xidməti borcunu yerinə yetirir. Elə ki, Vüsal Qəhrəmanzadənin hansı səbəbdən həqiqi hərbi xidmətdə olmaması ilə bağlı atası Vüqar Qəhrəmanova, hansı ki, hal-hazırda Ağdam “Sukanal” idarəsinə rəhbərlik edən bu şəxsə sual ünvanlanır, o halda o, “Eşidirsən, ölənlərimizin goru haqqı deyirəm 1700 manat təkcə təkcə “komissar”a, nə deyirsən o müddətdir nədir, altı aylıq müddətə, ona vermişəm. Bəs o gün dedim axı! Nəysə, deyirəm ölənlərimizin goru haqqı 1700 manat orda altı aylıq, o şey var, nə deyirsən, saxlama zibil, o kağızı alıb gətirib vermişəm BDU-ya” cavabını verir. Belə bir cavabı eşidib, sanki biz də şoka düşdük. Çünki, Ağdam rayonunun strateji sahələrindən birinə rəhbərlik edən bu vəzifə sahibi, məhz belə bir yanaşmasını ortaya qoydu. O halda ortaya çoxsaylı suallar çıxır. Görəsən Qormaz Hüseynovun rəhbərlik etdiyi “Azərsu” ASC-nin tərkibində fəaliyyət göstərən Ağdam “Sukanal” idarəsi müdirinin aylıq maaşı nə qədərdir ki, yeri gəldikdə o, övladını Vətən qarşısında həqiqi hərbi xidmətdən yayındırmaq üçün, altı aylıq “möhlət vaxtı”na görə 1700 manat pulunun “başından keçə bilir”. Düşünürük ki, belə bir suala Vüqar Qəhrəmanovun özü tam şəkildə aydınlıq gətirə bilməsə də, “Azərsu” ASC-nin rəsmi şəxsləri tam şəkilə aydınlıq gətirə bilərlər. (Məqaləni istinad etmədən yerləşdirmək, həm savadsızlığın, həm də abırsızlığın göstəricisidir)
Bütün bunlar qalsın bir yana, əsas nüans, əsas diqqəti cəlb edən halın varlığı isə, Ağdam “Sukanal” idarəsi müdirinin 1700 manat pul verməklə, SHXÇDX-nin Ağdam rayon idarəsindən aldığı “möhlət sənədi”ni “saxlama zibili” adlandırmasıdır. Əslində belə bir yanaşma, belə bir düşüncə heç cür yolverilməz haldır. Çünki, ən azından həmin sənədə 1991-ci ildə dövlət müstəqilliyini əldə etmiş və bu gün dünyaya günəş təki şölə saçan müstəqil, suveren Azərbaycan Respublikasının dövlət qurumunun birində, daşıdığı vəzifəsinə görə səlahiyyət sahibi olan şəxs imza atır. Həmin sənədi “saxlama zibili” adlandırmaq, əslində Ağdam “Sukanal” idarəsinə rəhbərlik edən Vüqar Qəhrəmanovun, məhz həmin sənədə deyil, dövlətimizə, onun səlahiyyət verdiyi şəxs və ya şəxslələrə qarşı ortaya qoyduğu yanaşmasının varlığıdır. Ona görə də düşünürük ki, belə bir yanaşması ilə özünün hansı əqidə sahibi olmasını təsdiq edən və qəlbində xalqına bağlılıq hissi, Vətəninə qarşı sevgi hissi gəzdirə bilməyən bir şəxsin, aparıcı sahələrdən birinə rəhbərlik etməsi, bu gün ortaya çoxsaylı sualların çıxmasına da səbəb olur. Düşünürük ki, məqalənin dərcindən sonra “Azərsu” ASC-ə rəhbərlik edən cənab Qorxmaz Hüseynov, adı çəkilən bu şəxsin belə bir yanaşma ortaya qoymasını və fəaliyyətinin “saf-çürük” olunması yöndə, aidiyyəti üzrə lazımi tapşırığını verəcək.


P.S. Hörmətli oxucular! Redaksiyamıza bu yöndə daxil olan məlumatların varlığını əsas tutaraq, cənab Prezidentə, Baş Prokurora, SHXÇDX-nin və “Azərsu” ASC-nin rəhbərliyinə rəsmi qaydada müraciət ünvanladıq. Odur ki, əldə edəcəyimiz cavablar əsasında, sizləri bir daha məlumatlandırmağa çalışacağıq. Bizi izləməyi unutmayın.
Nyus.Az
Tarix: 5-10-2019, 10:49
Xəbəri paylaş





Xəbər lenti