Ağdam rayon "HƏRBİ KOMİSSARLIĞI"NDA hər növ "XİDMƏT"biznesi - ŞOK SƏS YAZISI
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam şöbəsindən şikayətlərin ardı arası kəsilmir. Azərbaycanın bəzi rayonlarında da mövcud olan bu hal müharibə şəraitində olan bir ölkənin sağalmayan yarasına çevrilib. Yerli komissarların fəaliyyəti korrupsiyaya bulaşma faktları cəmiyyətdə ikrahla qarşılanır. Lakin nədənsə bu faktlarla bağlı olaraq qurumun birinci şəxsi Arzu Rəhimov heç bir tədbir görmür.
Beləki, media üzərindən araşdırılan məlumatda bildirilir ki, SHXÇDX-nin Ağdam rayon şöbəsində qanunsuzluqlar baş alıb gedir. Elxan müəllim şöbənin rəisi təyin olunandan sonra qanunsuzluqlar daha da geniş vüsət alıb. Həqiqi hərbi xidmətə yararlı olan gəncləri öz maddi maraqları naminə ordudan yayındırırlar . İmkanı olan şəxslərin uşaqları təkrar tibbi müayinədən keçmək üçün bildirişə 300 manat alaraq MRX-na, imkansızlar isə Bakı səhərində yerləşən hərbi hospitallara göndərilir. Bu da rayon hərbi komisarlığında şıdırığı rüşvət yığımına əyani sübutdur.
Siam.az-a daxil olan bir digər məlumatda isə vurğulanır ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam şöbəsinin rəisinin bir başqa qazanc yeri hərbi bilet "biznesidir".
Beləki, uşaqlarını hərbi xidmətdən yayındırmaq istəyən valideynlərlə danışıqlara gedən hərbi komissar bunun müqabilində 3 min 500 manat vermələrini istəyir. Düzdür, bu alış-veriş məsələsində hərbi komissar bilavasitə iştirak etməsədə, deyilənlərə görə yanında çalışdırdığı "maklerlər" bu işi həyata keçirirlər. Bu günlərdə mətbuatda yayımlanan səs yazısı buna bariz misaldır. Döyüş bölgəsində xidmət rəisi möhlət hüququnu 1700 manata satır, kimsənin səsi çıxdığı yox. Deyilənə görə rəisin "KRIŞASI" sözü ötən birisidir."BÖYÜK BOSS"UN sağ əlidir. Növbəti yazımızda bu məşhur "KRIŞA"nın hansı millətə qarışığı olduğu haqda əlimizə çatacaq bilgiləri oxucularımızla bölüşəcəyik.
Bizi izləməyi unutmayın.Qarşı tərəfində mövqeyini dinləməyə hazırıq.
Siam.az
Tarix: 7-10-2019, 07:55