Ağdamda RİH-nin başçısı idarə müdirlərini borca salıb? - İDDİA
Artıq bir neçə gündür ki, Ağdam “Sukanal” idarəsinin müdiri Vüqar Qəhrəmanovun SHXÇDX, Ağdam rayon idarəsinin rəisinə 1700 manat “şirinlik” verməklə, oğlu Vüsal Qəhrəmanzadəyə aldığı altı aylıq möhlət vaxtı məsələsi, əksər media qurumlarının gündəmini zəbt edən mövzulardan birinə çevrilib. Düzdür, belə bir halın varlığı ciddi qanun pozuntusu olsa da, daha düşündürücü halın varlığı isə, “Sukanal” idarəsi müdirinin Ağdam rayon idarəsindən aldığı “möhlət sənədi”ni “saxlama zibili” adlandırmasıdır. Onu da bildirək ki, biz dərc etdiyimiz ötən açıqlamada Vüqar Qəhrəmanovun belə bir yanaşmasına öz münasibətimizi bildirmişdik və hətta, adı çəkilən bu şəxsin ortaya qoyduğu mövqeyini tənqid də etmişdik. Yəni, yazıb qeyd etmişdik ki, həmin sənəddə ən azından 1991-ci ildə dövlət müstəqilliyini əldə etmiş, bu gün isə dünyaya günəş təki şölə saçan müstəqil, suveren Azərbaycan Respublikasının dövlət qurumlarından birində çalışan və daşıdığı vəzifəsinə görə səlahiyyət sahibi olan şəxsin imzası var. Yəni, həmin şəxsin imzası sırf fərdi qaydada onun öz adından deyil, məhz daşıdığı vəzifəsinə görə təmsil olunduğu dövlət qurumunun adından atılmış imzadır. (Məqaləni istinad etmədən yerləşdirmək, həm savadsızlığın, həm də abırsızlığın göstəricisidir) Deməli, həmin sənədi “saxlama zibili” adlandırmaq, heç cür yolverilməz haldır. Bəli, onu da qeyd edək ki, hər kəs ölkəmizin dövlət qurumlarından birində çalışan və daşıdığı vəzifəsinə görə səlahiyyət sahibi olan şəxsin imzasına, hər vaxt hörmətlə yanaşmalıdır. Bu belə olmalı olduğu halda, “Sukanal” idarəsi müdirinin yanaşması isə, məhz bu gün də ortaya çoxsaylı sualların çıxmasına səbəb olmaqdadır.
Bütün bunlar qalsın bir yana, “Sukanal” idarəsi müdirinin sürücüsü işləyən Cəsarət adlı şəxsin danışdıqları da, sanki hər kəsdə müəyyən ictimai fikirin, müəyyən düşüncə tərzinin formalaşmasına səbəb olmaqdadır. Çünki bu şəxs danışığı zamanı ifadə edir ki, Ağdamda durum dözülməz həddə olduğundan, idarə müdirlərinin hər biri borc içindədir. O halda sual oluna bilər ki, görəsən idarə müdirlərinin borc içində olmalarına hansı amillərin varlığı səbəb olur? Cəsarət adlı şəxsin ifadə etdiyi belə bir fikirdən sonra hər kəs o qənaətə gələ bilər ki, rəhbər vəzifə sahibi olan şəxslərin borca içində olmalarına əsas səbəb, məhz Ağdam RİH-nin başçısı cənab Vaqif Həsənovun həyata keçirdiyi idarəçilikdir. Çünki, “Sukanal” idarəsi müdirinin sürücüsü işləyən şəxsin bu cür açıqlaması, tam əksəriyyətdə belə bir fikirin formalaşmasına səbəb olmaqdadır.