Məhərrəm Quliyevlə bağlı ilginc iddia... - "O, kimdən ehtiyat edir ki?"
Ağstafadan Goranboya transfer olunan icra başçısı Məhərrəm Quliyevlə bağlı DİA.AZ-a ilginc iddiaların yer aldığı informasiya daxil olub. Belə ki, rayondakı qaynaqların bilgisinə görə, Məhərrəm Quliyev gəldiyi ilk gündən bu vaxta qədər vətəndaş qəbullarına elə də ciddi maraq göstərmir: "Yalnız bir-iki istisna var ki, həmin qəbullar da onun nəzarəti altında təşkil olunub. Yəni istədiyini qəbul edir, istəmədiyi qapıdan qovulur".
Xatırladaq ki, hələ Ağstafada başçı olarkən Məhərrəm Quliyevin özünə cangüdən tutduğu iddia olunmuşdu və bu fakt təsdiqini tapmşdı.
Goranboydan dia.az-a verilən xəbərdə bildirilir ki, Məhərrəm Quliyev Goranboy küçələrində, kəndlərində də eyni qaydada - cangüdənlə gəzir ki, bu da yerli sakinlər tərəfindən birmənalı qarşılanmır.
Sakinlər dia.az-a yazır: "O, kimdən ehtiyat edir ki?"
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Tarix: 11-10-2019, 11:18