Rövşən Bağırov nə günə orda oturub? - Buna nə ad verək?


Rövşən Bağırov nə günə orda oturub?
Lerik rayonunun Çayrud kənd sakinləri şəxsi vəsaitləri hesabına yol çəkir.
“Yeni Sabah” xəbər verir ki, bu barədə TimeTv məlumat yayıb. Artıq qış fəsli yaxınlaşır və sakinlər keçilməz yolların yerli hakimiyyətin diqqətindən kənarda qaldığını görüb özləri problemi həll etmək qərarına gəliblər.

“Yeni Sabah” xatırladır ki, Prezident İlham Əliyevin 29 yanvar 2019-cu il tarixli 500 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”ının icrasının təmin edilməsi ilə Lerinin icra başçısı Rövşən Bağırov 97 nömrəli, 19 mart 2019-cu il tarixli sərəncam imzalayaraq Tədbirlər Planını təsdiq edib. Rövşən Bağırovun sədrliyi ilə 2019-cu il mayın 15-də keçirilən iclasda bildirilib ki, qarşıdakı 5 il ərzində əhalini narahat edən və rayon ərazisində həyata keçirilməsi nəzərdə tutulmuş bütün məsələlər Tədbirlər Planında öz əksini tapıb. Amma hansısa səbəbdən Çayrudun yolları “bütün məsələlər”ə daxil edilməyib. Əks təqdirdə əhali yerli hakimiyyətin görməli işi öz hesabına görmək qərarı verməzdi.

Rövşən Bağırov nə günə orda oturub?
Rövşən Bağırov nə günə orda oturub?
Rövşən Bağırov nə günə orda oturub?
Rövşən Bağırov nə günə orda oturub?
Tarix: 25-10-2019, 17:00
Xəbəri paylaş





Xəbər lenti