Şəki rayon sakini Əsgərov Sadiq Şəmsəddin oğlu redaksiyamıza şikayət ünvanlayıb.
Cumhuriyyet.az-a göndərilən yazılı və video şikayəti olduğu kimi diqqətinizə çatdırırıq:
“25.5.2019 tarixdə bərk fırtınalı külək nəticəsində evin dam örtüyü uçub. İcra hakimiyyətində FHN bölməsinde işleyen Valeh müəllimə yazılı şəkildə müraciət etsəm də bu günə qədər mənim şikayətimə baxılmır. İlk əvvəl mənə Bakıda FHN-ə müraciət etməyimi bildirdilər, indi isə evimin sığortası olmadığı üçün heç bir köməklik edə bilməyəcəklərini deyirlər. Mənim evim hələ tam tikilib başa çatmamışdı. Hazır eolmayan evi necə sığortalamaq olar. Əlbəttə ki, sığorta yalnız bəhanədir”.