İmişlinin başçısı ilə bağlı ŞOK İDDİA - Durumu GƏRGİNDİR
DİA.AZ: - Son çıxışlarının birində Prezident İlham Əliyev yeni təyin olunan icra başçılarına xitabən əyri yol seçən rayon rəhbərlərinə qarşı sərt addımların atılacağını xüsusi qeyd etməklə yanaşı, eyni zamanda shibkarlar qarşısında haqsız və hüquqazidd tələblər qoyan başçılarla bağlı da sərt addımların atılacağını bəyan etdi.
Bnunla bağlı DİA.AZ-a danışan hökumətdəki mötəbər mənbənin iddialarına görə, Prezidentin sözügedən reaksiyalarının yaxın günlərdə əməli ifadəsinə hər kəsin şahidlik edəcəyini bildirir.
Mənbənin dia.az-a söylədikləri:
"Konkret olaraq İmişlinin icra başçısı Vilyam Hacıyev məhz sahibkarlara divan tutması, yerdə narazılıq yaratması səbəbindən hədəfə çevrilib və ola bilsin ki, yaxın günlərdə məhz onunla bağlı sərt qəar veriləcək və məhz o NÜMUNƏ kimi hər kəsə nümayiş etdiriləcək".
Mənbə xatırladır ki, hələ Samux rayonunda icra başçısı olarkən Vilyam Hacıyevi diqqətə gətirən başlıca məqam onun yerli sahibkarlara qarşı amansız rəftarı idi: "İmişlidə də eyni üsulla özünün xanədanını yaradan Vilyam müəlim yəqin ki, bu dəfə qurtula bilməyəcək. Yəni düşünür ki, kimlərinsə çətiri altında istədiyini həyata keçirə bilər... Amma yanılır. Hətta güvəndiyi dağlar belə bu gün çox öləzimiş durumdadır..."
Əlavə bilgilərimiz olacaq. Qarşı tərəfə də fikirlərini ifadə edə bilməsi üçün yer ayırmağa hazırıq...