Füzulidə baş həkim və müavinlərinin bahalı avtomobil kolleksiyası – FOTOLAR


bitmap-img6




Azərbaycanda hələ sovet dönəmindən ənənəvi olaraq həkimlik və hüquqşünaslıq prestijli ixtisaslar hesab olunub. Prestiji şərtləndirən əsas amil isə əlbəttə ki, bu ixtisas sahiblərinin məvacibləri olub. Məvacibi isə təkcə maaş deyil, həm də korruptiv gəlirlər təşkil edib. Bir sözlə, bu məsləkləri seçənlər insanların taleyinin (sağlamlığının, azadlığının) onların əlində olması faktorundan maksimum istifadə etməyi nəzərdə tutublar. Yəni, bu insanların rəsmi, vergiyə cəlb olunan gəlirləri onların hamının gözü qarşısındakı, malik olduqları var-dövlətə yiyələnmələri üçün yetərli deyil.

RealMedia.az xəbər verir ki, şəkillərdə gördüyünüz “BMW” markalı, dövlət qeydiyyat nişanı 90 GH 790 olan avtomobil Fűzuli Rayon Diaqnostika Mərkəzinin baş həkimi Şaiq Şűkűrovun, 90 VS 002 dövlət qeydiyyat nişanlı “Lexus” həmin Mərkəzin Poliklinka şőbəsinin műdiri Vűqar Bağırovun, 99 LN 787 dövlət qeydiyyat nişanlı “Range Rover” markalı avtomobil isə Laboratoriya şőbəsinin műdiri gənc xanım Lalə Sabirlinindir. Hər űç avtomobilin qiymətinə gəlincə, təkcə ən ucuz olanının – Lalə Sabirlinin “Rance Roveri” nin qiyməti 50 – 60 min manat təşkil edir. Sizcə tək aylıq əmək haqqı ilə belə avanqard avtomobilləri almaq olarmı? Őzű də and – aman edirlər ki, rűşvət – filan almırıq.

Şaiq Şükürovun mənsub olduğu Şükürovlar nəsli isə ümumiyətlə Füzulidə həkimlər (özü də məhz baş həkimlər) sülaləsi kimi tanınır. Onu da başa düşürük ki, düşmənlə təmas xəttinə yaxın Füzuli kimi rayonda bir ayağı qaçaraqda olan qorxaq adam sürətli avtomobilinin olması ilə qayğılanmalıdır.




https://azfakt.com/f_zulide_ba__hekim_ve_m_avinlerinin_bahal__avtomobil_kolleksiyas__-_fotolar-81905-xeber.html
Tarix: 10-12-2019, 15:01
Xəbəri paylaş





Xəbər lenti