Salyanda başçı ilə müavini arasında qarşıdurma...
Sevindik Hətəmov və Etibar Hüseynov bir-birlərini mətbuat vasitəsi ilə qaralamağa çalışırlar...Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov bir müddətdir ki, birinci müavini Etibar Hüseynovu vəzifədən uzaqlaşdırmaq istəyir. Lakin buna nail ola bilmir. Bu barədə PİA.az-a məlumat verən mənbə bildirib ki, bu üzdən bir müddətdir ki, başçı ilə müavini arasında soyuq savaş gedirdi, son zamanlar isə bu qarşıdurça açıq kontekstə keçib.
İş o yerə çatıb ki, başçı ilə müavini bir-birilərinə qarşı mətbuatda üz-üzə gəlməyə başlayıblar.
Salyandan əldə etdiyimiz məlumata görə həm Sevindik Hətəmov, həm də Etibar Hüseynov tanışları vasitəsi mətbuata qaralayıcı məlumatlar ötürürlər.
İddiaları dəqiqləşdirmək üçün müraciət etdiyimiz digər mənbə isə PİA.az-a bildirib ki, Sevindik Hətəmovla Etibar Hüseynovun arasındakı qarşıdurma rayonun iş tempinə də təsir etməyə başlayıb. Bir çox rayon aktivistləri və idarə müdirləri başçı ilə müavinin arasında qalmaq istəmədikləri üçün çətin vəziyyətə düşüblər.
İddialarla bağlı
Salyan rayon İcra Hakimiyyətinin mövqeyini öyrənməyə cəhd eləsək də, telefona cavab verən olmadı.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazlırıq...
Tarix: 13-12-2019, 07:23