Sabirabadda dövlət tenderlərini KİMLƏR UDUR? - İLGİNC SİYAHI


Sabirabadda dövlət tenderlərini KİMLƏR UDUR?
Bu ilin yanvar-dekabr aylarında Sabirabad rayonunda dövlət qurumları tərəfindən ümumi məbləği 1 milyon 716 min 550 manat olan 27 tender keçirilib.

FED.az-ın məlumatına görə, ən çox tender keçirən Sabirabad Mərkəzi Rayon Xəstəxanası olub. Sabirabad Mərkəzi Rayon Xəstəxanası ümumi məbləği 373 min 565 manatlıq tender müqavilələri bağlayıb.

Bağladığı tenderlərin ümumi məbləği ən çox olan dövlət qurumu Sabirabad Rayon İcra Hakimiyyətidir. 3 tenderin ümumi məbləği 798 min 31 manat olub.

Mədəniyyət Nazirliyi Sabirabad Regional Mədəniyyət İdarəsi tenderlərinin hamısını "İnpeks,N"MMC şirkəti udub. Nazirlik şirkətlə ümumilikdə 379 min 267 manatlıq tender müqaviləsi bağlayıb.

Bundan başqa rayonda Sabirabad Regional Mədəniyyət İdarəsi, Sabirabad Rayon Polis Şöbəsi və başqa qurumlar da satınalmalar həyata keçirib.

Sabirabadda dövlət tenderlərini KİMLƏR UDUR?
Sabirabadda dövlət tenderlərini KİMLƏR UDUR?
Sabirabadda dövlət tenderlərini KİMLƏR UDUR?
Sabirabadda dövlət tenderlərini KİMLƏR UDUR?
Sabirabadda dövlət tenderlərini KİMLƏR UDUR?

Tarix: 14-12-2019, 14:53
Xəbəri paylaş





Xəbər lenti