Sosial mediada - “facebook”da məşhur “Təhsil İslahatları” səhifəsi var. Bu səhifə insafən, ağa ağ, qaraya qara deyəndir. Əgər Təhsil Nazirliyinin və yaxud hansısa elm ocağının müsbət layihəsi, işi varsa, təqdir edir, yoxdursa, tənqid yağdırmaqdan çəkinmir.
Bu səhifədə tez-tez məktəb direktorları, müəllimlər, təhsil şöbələrinin müdirləri, nazirliyin müxtəlif vəzifəli şəxsləri haqda məlumatlara rast gəlinir.
Onlar bəzən tənqid, bəzən təqdir ruhunda olur. Bu günlərdə isə səhifədə Laçın rayon Təhsil Şöbəsinin müdiri Nicat Həsənov “topa tutulub”.
Qeyd olunub ki, N.Həsənov üçün yazı, şikayət fərq eləmir: “İlin- günün bərk vaxtında hər təhsil şöbəsi müqavilə ilə müəllim götürə bilməyəndə, Nicat müəllim götürürdü.
Yəni, “Təhsil şikayətləri” qrupunun bərkgedən vaxtları belə Laçın təhsil şöbəsi müdiri öz bildiyini edirdi. Maraqlıdır, onunla bacaran niyə yoxdur?!”
Səhifədə bildirilib ki, N.Həsənovun fəaliyyəti haqda danışmağa belə dəyməz: “Özü haqında məlumatı araşdırarkən çox şey formal görsənir. Baxın, 2006-2016-cı illərdə Laçın rayon Uşaq-Gənclər İdman məktəbin direktoru vəzifəsində çalışıb.
2008-2016-cı illərdə Laçın Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Suraxanı rayonu üzrə ictimai əsalarla səlahiyyətli nümayəndəsi vəzifəsində işləyib.
Görəsən, 8 il iki mühüm əsas yerdə necə işləyib, necə çatdırıb?! Bu şəxs üçün vaxt aparmağa dəyməz”.
Səhifə adminləri ilk dəfə sual edir: “Bu şəxsi nə deyib müdir təyin eləmisiniz?”
Bu suala media üzərindən cavab axtarmağa başlayanda məlum olur ki, N.Həsənovun yarıtmaz və bərbad fəaliyyətinə baxmayaraq, onun bu postda saxlanmasının səbəbkarı var.
Belə ki, onun himayədarı Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqin Bağırov olduğu iddia edilir.
Laçın rayon Təhsil Şöbəsində baş verən qanunsuzluqlarla bağlı hələ Abdul Abdullayev prezidentə yazmışdı ki, Kaha tam orta məktəbində 18 nəfər texniki işçi fəaliyyət göstərir. Ancaq məktəbin tabelində 11 nəfərin adı göstərilib.
“Belə başa düşmək olar ki, yəqin yerdə qalan 7 nəfərin əmək haqqı kartı rüşvətxor Nicat Həsənovun öz cibindədir. Nicat bəyin çirkin əməlləri dözülməz həddə çatıb.
Bu məmura dayan, dur sözü deyən yoxdur, təhsilimizi bazar qaydası ilə idarə edir. Nicat Həsənov Laçın məktəblərində ailəvi ansambl yaradıb”.
Narazılıq edənlərdən biri isə Xudayarov Baxşeyiş yazırdı ki, Nicat Həsənov ixtisasca iqtisadçıdır kağız üzərində faliyyət göstərən Uşaq Gənclər İdman məktəbinin rəhbəri olub, heç bir pedaqoji fəaliyyəti yoxdur. Amma şikayətlər səngimir. Video çıxışını təqdim edəcəyimiz daha bir şəxs məktəb direktoru olub.
Şəmməmədov Elmurad azeltv-yə bildirib ki, 2007-ci ildə Laçının 23 saylı məktəbinə riyaziyyat-informatika müəllimi təyin olunub. 2008-2019-cu illərdə isə Ağdamın Əhmədli kənd məktəbinin direktoru olub.
Onun sözlərinə görə, bu müddətdə təhsil şöbəsi müdirlər ilə problemi olmayıb:
“Ancaq Nicat Həsənov Laçının təhsil şöbəsi müdiri təyin olunandan sonra onun aylıq “hesabat” tələbin ödəyə bilmədiyimə görə öz ərizəmlə direktorluqdan çıxmışam, hazırda müəllim işləyirəm.
Öhdəliyimdə iki azyaşlı uşaq var, dərs saatım azdır, maaş və iş saatı məni qane etmir. Özüm Ağcabədidə yaşayıram deyə hər dəfə yol pulu çıxır.
Dəfələrlə müraciət etsəm də, müvəqqəti direktor deyir ki, məndə sənə verəcək əlavə dərs saatı yoxdur”.
Müəllim deyib ki, Laçın RTŞ müdiri Nicat Həsənov müəllimlərin maaşına göz dikib: “Cənab nazir onu bunun üçün vəzifəyə təyin edib? Bu gün ad var, özü olmayan məktəbləri təsdiqlədib pul ayırdırlar.
Laçının icra başçısı Aqil Nəzərliyə probleminin demişəm, qəbulunda olmuşam. O da Nicat Həsənova tapşırıb ki, Elmurad müəllim gənc kadrdı, onun tələbatın yerinə yetir. Nicat Həsənov icra başçısının yanında söz versə də, aldadır.
Bəzi məktəblər var ki, onun qohumlarınındır. Hazırda dərs saatının biri 6-10 manatdır. Bunu ödəyə bilsən, dərs saatın artırılacaq. Bir sözlə, Laçin təhsil şöbəsində rüşvət baş alıb gedir”.