İrşad Abbasov Göyçay Dövlət Idarəetmə və Texnologiya Kollecində bazar açıb- İTTİHAM
Göyçay rayon sakini Səmədov Məhəmməd Azər oğlu Siam.az saytına şikayət məktubu ünvanlayıb.Məktubda deyilir: Son dövrlər aparılan islahatlar və gəncləşmə siyasəti ilə bərabər cənab prezidentin hər çıxışında məmurlara və vəzifəli şəxslərə rüşvət almamaqla bağlı xəbərdarlıq etməsi görünür bəzilərinin varlanmaq sövdası baxımından onlara sərf etmir.Bu cür şəxslər onlara verilən vəzifənin xalqa xidmət göstərmək üçün həvalə olunduğun unudurlar. Belə vəzifəli şəxslərdən biri də Göyçay Dövlət Idarəetmə və Texnologiya Kollecinin direktoru İrşad Abbasovdur.İxtisasca ekoloq olan bu şəxsin böyük bir təhsil ocağına direktor təyin olunması təəcüblü olsada, ona edilən etimadı doğrultmaması və qısa vaxta kolleci rüşvət mənbəyinə çevirməsi daha çox təəsüf dogurur.Gələrkən bilik yeganə meyardı deyən şəxs bu gün artıq hər tərəfə pul mənbəyi kimi baxır.Belə ki uzun müddət burda müəllimlərə verilən jurnallardan heç vaxt direktorar tərəfindən pul yığılmayıb.Bu ənənəni gətirən direktor hər jurnala görə 2 manat fərdi iş planına görə 1 manat pul yığır.Bundan başqa otaqları təmir edecəyik deyərək müəllimlərdən hər birindən10-15 manat arası pul alıb.Dərs yükü bölünərkən isə ən azı oklad yarım dərs almaq 300 manat iki oklad 500 manat olmaqla təyin olunub.Bunlarla bəs etməyən İrşad müəllim davamiyyəti yerində olmayan limiti aşan tələbələrdən buraxdığı dərs saatına uyğun pul almaqla bunları sildirir.Bu baxımdan dərs keyfiyyəti yüksək dərəcədə aşağı düşüb.İxtisasları uyğun gəlməyən müəmmalı işə qəbul olunan şəxslərdəndə müvafiq olaraq 3-5min arasında pul alındığı gəzən söhbətlər arasındadır.
Görünən odur ki 66 yaşlı direktor onunla bir illik müddətə baglanan müqavilənin artırılmayacaq qorxusu baxımından mümkün bütün variantlardan istifadə etməklə varlanmaq istəyir.Dünənə kimi adi bir qoruqda sıravi işci olan bu adamı necə deyərlər görmədiyi günə düşüb.İslahatların və gəncləşmə siyasətinin sürətlə aparıldığı bir ərəfədə bu adamın bütün varlığı ilə təhsili unudaraq pul yığmaq arzusu işçilər arasında onun mozalanın bir personalı ilə müqayisə etməsinə gətirib çıxarıb.Xəstəxanaya gələn yeni həkimin işçilərə rüşvət almamaqla bağlı uzun çıxışından sonra xələti səhv geydiyin başa düşdükdən, çevirib geyindikdən sonra gəlişinin məqsədi bəlli olduğu kimi bu adamında gəlişi onu xatırladır.Yeni qış smestiri gəlir deyə rüşvət yığacağının zövqünü yaşayan direktorun deyib –gülməyinin, sevincinin həddi-hüdudu yoxdu.Amma bütün bunlar az qala bütün kollektivi narahat edir.Belə ki bu cür idarəetməyə görə və təhsilin keyfiyyətinin aşağı düşməsinə görə yuzə yaxın tələbə bu təhsil ocağın tərk edib.Əgər Təhsil naziri Ceyhun Bayramov bu şəxsi vəzifəsindən azad etməsə kollec daha ağır fəsadlarla üzləşə bilər.Bu qərarın verilməsi həm kollektivin həm tələbələrin həmçinin valideyinlərin sevincinə səbəb olar.Və sonda bir daha Prezidentin apardığı ugurlu siyasətə kölgə salan bu şəxsin işdən azad edilməsi digərlərinədə dərs olar.
Göyçay rayonu Ərəbcəbirli kənd sakini Səmədov Məhəmməd Azər oğlu. Siam.az
Tarix: 16-12-2019, 00:15