Göyçayın icra başçısından heyrətamiz – Faktlar

           
Göyçayın icra başçısından heyrətamiz – Faktlar

“Bizim icra başçısı Mehdi Səlimzadə yaxşı adam imiş. Ona görə yaxşı adam imiş ki, 2 il əvvəl mən bazarda direktor olduğum müddətdə bazarı tam yandırıb kül eləmədi.

7 min pul xərcləyərək qapıların hördürdü, muzdlu qoçu dəstələrini üstümüzə saldı, yalançı, səlahiyyətsiz komissiyalar təşkil etdi”.

Reportyor.info-nun məlumatına görə, bu sözləri hüquq müdafiəçisi Taleh Xasməmmədov Göyçayın icra başçısı Mehdi Səlimzadə barəsində yazıb.

Onun sözlərinə görə, icra başçısı bazarı 10 günlük mühasirədə saxladı, qanunsuz və aidiyyatı olmayan qərardadla icra məmurlarını əraziyə göndərdi, sonra zorakılıqla 500 sahibkarı ərazidən çıxarıb bazarı bağlatdırdı: “Son nəticədə özünə rayon mərkəzində “Təzə Bazar” da açdı. Yəni kişi kimi dağıtdı, amma od vurub yandırmadı.

Xatırladım, əslində bir az yandırılmışdı axı… Belə ki, kiçik bir anbar, bir yeni ikarus və bir köhnə avtobus. Amma yenə də kişi kimi tam yandırılmasına qərar vermədi”.

Bu ironik sözlərlə bərabər Göyçayın icra başçısı haqda bloqer Həbib Müntəzir də maraqlı faktlar açıqlayıb.

Həbib Müntəzir yazıb ki, Mehdi Səlimzadənin qohumbazlıq siyasəti bu cür davam edib:

Səlimzadə Toğrul Səlim oğlu – icra başçısının qardaşı oğludur. Mehdi müəllim onu özünə sürücü təyin edib.

Səlim İldırım oğlu Məhərrəmov – İmişli Dövlət Aqrar İnkişaf Mərkəzinin direktorudur. İcra başçısının qardaşıdır, sürücüsü Toğrulun atasıdır. Onun İmişli rayonu, Sarxanlı kəndində oğlunun adına, yəni “Toğrul-Fermer təsərrüfatı” şirkəti var.

– Cəbrayılov Surxay Əli oğlu – İcra başçısının ögey qardaşıdır, anadan bir, ata ayrı. Göyçay Rayon Mərkəzi parkının rəhbəridir.

– Cəbrayılov Əli Surxay oğlu – İcra başçısının qardaşı oğludur. Göyçay Bələdiyyəsinin reklam şöbəsinin məmurudur.

– Cəbrayılov Səməd Surxay oğlu – Mehdi müəllimin qardaşı oğludur. Mehdi Səlimzadə icra başçısı təyin ediləndən sonra Göyçay rayon İcra Hakimiyyətinin şöbə müdiri vəzifəsində işləyib. Səməd Cəbrayılov həmçinin göyçaylı deputat Elxan Süleymanovun da qohumudur.

Mətbuatda Səməd Cəbrayılovun Göyçayda, Qəbələdə və Bakıda villalara, bahalı avtomobil və obyektlərə sahib olması ilə əlaqədar fotolar, məqalələr yayılıb.

– Bəkirova Telli Surxay qızı (qızlıq soyadı Cəbrayılova) – Özü iddia edir ki, icra başçısı onun əmisidir. Göyçay şəhər 5 saylı tam orta məktəbin direktor müavinidir.

– Cəbrayılova Solmaz Ağamirzə qızı (Bəkirova Tellinin anası, qızlıq soyadı Tağıyeva) – İcra başçısı Mehdi Səlimzadənin qardaşının yoldaşıdır. Göyçay rayon, Potu kənd orta məktəbinin direktor müavinidir.

– Bəkirov Famil Ərazi oğlu – Mehdi Səlimzadənin qardaşının kürəkənidir. Famil Bəkirov Göyçay Gənclər Mərkəzinin rəhbəridir. “Famil-A” MCC şirkətinin sahibidir. İşsizliyin aradan qaldırılması proqramına əsasən Göyçay rayon icra hakimiyyəti müsabiqə keçirib və layihənin tenderi məhz başçının qohumunun şirkətinə verilib.

– Cəbrayılov Seyfəddin İsrəfil oğlu – Mehdi müəllimin qohumudur. İcra başçısının Göyçay rayon İnçə kəndinin nümayəndəsidir.

– Cəbrayılov Yusif Novruz oğlu – (Seyfəddin müəllimin qardaşı oğlu) İcra başçısının növbəti qohumudur. İcra hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin sədridir.

– İcra başçısı öz baldızı oğlunu isə Göyçay Şəhər Nümayəndəliyinə yüksək vəzifəyə təyin edib.
– İcra başçısı Mehdi Səlimzadə Səməd Cəbrayılovun qaynatasını Göyçay rayon Yaşıllaşdırma İdarəsinin rəisi qoyub.

– İcra başçısı Mehdi Səlimzadənin qızı Nəzrin Səlimzadə JW Marriott Absheron Baku otelində “NİRRİN Health&Spa” Gözəllik və Sağlamlıq Mərkəzinin baş direktorudur.
Tarix: 16-12-2019, 22:09
Xəbəri paylaş





Xəbər lenti