Jurnalist Hacı Zeynalov Şirvanın icra hakimiyyəti barədə vətəndaş şikayətini facebook-da yazıb. Reportyor.info xəbər verir kii, Şirvan şəhəri, Neftçilər küçəsi 3a ünvanında yaşayan Günay Kərimova deyir: “Şirvan Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun qəbuluna qəbuluna getdim, binanın qarşısında acınacaqlı vəziyyət vardı.
Başçının qəbuluna düşmək mümkün deyildi. Bir qadın telefonu çıxartdı, istədi video çəksin, internetdə paylaşsın ki, Prezident burdakı vəziyyətdən xəbərdar olsun. Ancaq polislər yerə yıxıb, qollarını burdular, telefonu əlindən aldılar.
Mən yalvar-yaxarla, birtəhər başçının qəbuluna düşə bildim. Mənə qulaq asdı, bir nəfəri çağırdı, dedi, bu xanımın problemlərini araşdırmağı sənə tapşırıram. O da məni çölə çıxartdı, dedi, danış, görək, nə məsələdir. Mən ona bütün problemlərimizi danışdım.
Dedi, sən səhv ünvana gəlmisən, burda belə problemlər həll olunmur. Dedim, necə yəni, səhv gəlmisən, bura rayonun icra hakimiyyətidir, mən də vətəndaşam. Əgər başçı mənim problemlərimi həll edə bilməyəcəksə, nə iş görür, niyə maaş alır? Dedi, hara istəyirsən, şikayət et, sənin problemlərin bizlik deyil. Sonra da uzaqlaşıb getdi. Mən təzədən başçının qəbuluna düşmək üçün binaya daxil olmaq istəyəndə, polislər buraxmadı, dedilər, sən artıq başçının qəbulunda olmusan”.