Gəncə Dövlət Universitetində SAXTA SƏNƏD AŞKARLANDI - İTTİHAM


Gəncə Dövlət Universitetində SAXTA SƏNƏD AŞKARLANDI
Gəncə Dövlət Universitetinin saxta diplom alverində ittiham olunaraq həbs edilən kafedra müdiri haqqında yazı dərc etmişdik. Hansı ki, sonrada bu işdə adı hallanan 4 nəfər barəsində Bakı Ağır Çinayət Məhkəməsinin qərarı ilə üç ay həbs qətimkan tədbiri seçildi.

Yeri gəlmişkən, GDU-nin ikinci kafedra müdiridir ki, qəbul imtahanında yetərli bal toplaya bilməyən abituriyentlərin qeyri-qanuni olaraq instituta qəbul etdirilməsi ilə bağlı həbs olunub. Belə ki, GDU-nin Ekologiya kafedrasının müdiri Vaqif Məmmədov da hazırda fəaliyyəti dayandırılan Gəncə Şəhər Müəllimlər İnstitutuna abituriyentləri imtahansız qəbul etdirməkdə və saxta diplom satmaqda təqsirli bilinərək, Bakı Ağır Çinayət Məhkəməsinin qərarı ilə 12 il müddətinə həbs olunub.

Əldə etdiyimiz son məlumatlara görə, Özbəkistan vətəndaşı Samira Akhmedova Mehrab qızına da Azərbaycan Memarlıq və İnşaat Universitetinin Hazırlıq kursunu bitirməsi haqda saxta şəhadətnamə verilib. Şəhadətnamə 03.09.2013-cü il tarixində verilib. Lakin üzərində qəbulolunma tarixi 2012-cil il göstərilsə də, Samira Akhmedovanın hansı gün və ayda qəbul edilməsi qeyd olunmayıb.

Biz bu məlumatı universitet əməkdaşının Facebook səhifəsindən əldə etmişik.

Aydınlıq gətirək ki, xarici vətəndaşlar Azərbaycanda təhsil almaları üçün ilk öncə 1 il ərzində dil kursu keçərək, dövlət dilimizi mənimsəyirlər, sonra imtahansız və ödənişli əsaslarla istədikləri universitetə attestatlarını təqdim etməklə bakalavr və magistratura təhsili almaq imkanlarını əldə edirlər. Onu da qiqqətinizə çatdıraq ki, dil kursları ancaq bir neçə universitetdə keçirildiyindən, əcnəbi tələbələr həmin kurslar hansı universitetdə keçirilirsə, yalnız orada dil öyrənib, şəhadətnamə aldıqdan sonra bakalavr və magistratura təhsili almaq üçün müraciət edirlər.

Gəncə Dövlət Universitetində SAXTA SƏNƏD AŞKARLANDI

Şəhadətnamədən görünür ki, Özbəkistan vətəndaşı Samira Akhmedova Memarlıq və İnşaat Universitetinin hazırlıq kursunu 03.09.2013-ci il tarixdə bitirib, bakalavr təhsili alması üçün Gəncə Dövlət Universitetinə qəbul olunub. Hazırda isə o, universiteti bitirib.

Buna baxmayaraq, əldə etdiyimiz sənədə əsaslanaraq araşdırırıq ki, bu şəxsin GDU-da bakalavr təhsili almasında hansısa saxtakarlıq olub, ya yox. Amma bu haqda ilk öncə Təhsil Nazirliyi mətbuata açıqlama versə, daha yaxşı olar.

Özbəkistan vətəndaşı Samira Akhmedova haqqında verilən şəhadətnamə Memarlıq və İnşaat Universitetindən əldə olunub. Bunun fəsadları təhsil üçün çox ağırdır. Çünki adı çəkilən iki universitetin belə bir qanunsuzluğa, sənət saxtalaşdırmağa getməsi təhsilə xəyanətdən başqa bir şey deyil.

Gəncə Dövlət Universitetində SAXTA SƏNƏD AŞKARLANDI

Bir neçə ildə təhsil sahəsində yeni nailiyyətlərin əldə edilməsinə, uğurlara imza atılmasına baxmayaraq, bu gün hələ də bu sahədə kifayət qədər ciddi qüsurlar, həmçinin problemlər var.

Əlbəttə, biz inanmırıq ki, Gəncə Dövlət Universitetində belə bir qanunsuzluğa yol verilsin. Odur ki, Təhsil Nazirliyi yazılanları araşdırıb, nəticə barəsində açıqlama versə, bir çox qaranlıq məqamlar ayınlığa çıxar.
//hurriyyet.org//
Tarix: 17-12-2019, 18:20
Xəbəri paylaş





Xəbər lenti