Zakir Fərəcov çıxılmaz durumda - Laçının yeni icra başçısı kim olacaq?

           
 
Laçın rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli yaxın günlərdə vəzifədən çıxarıla bilər.

Qlobal.az-ın mötəbər mənbədən əldə etdiyi məlumata görə buna səbəb son zamanlar Laçın rayonundan nazirliklərə və Prezident Admininstrasiyasına ünvanlanan çoxsaylı şikayət məktublarıdır. Laçın rayonundan PA-ya ünvanlanan şikayət məktubları hər ay artan tepm üzrə yüksəlməkdədir.

Aqil Nəzərlinin bacarıqsızlığı bir zamanlar onun təqdimatını etmiş laçın camaatının ağsaqqalı olan Zakir Fərəcovu da çıxılmaz duruma salıb:



İlham Quliyev

"Zakir Fərəcov hazırda faktiki dilemma qarşısında qalıb. Ya laçınlıların hörmət-izzətini itirməlidir, ya da Aqil Nəzərlini müdafiə etməməlidir. Müqabil Baxışovun bu ayın əvvəli intihar etməsi artıq laçınlıların səbir kasasını daşırıb. Görün vəziyyət nə yerdədisə rayonumuzun deputatı Mahir Abbaszadənin və Zakir Fərəcovun hüzrə gəlməsinə ölü sahibləri razılıq vermədilər. Çünki Aqil Nəzərlinin indiyədək neqativ fəaliyyətindən deputat kimi Mahir Abbaszadənin və Zakir Fərəcovun xəbərləri olub. Amma ona nədənsə "dur" deməyiblər"-deyə, mənbə qeyd edir.



Mahir Abbaszadə

Qlobal.az-a verilən daha bir məlumata görə artıq Aqil Nəzərlinin yerinə kimin təyin ediləcəyi barədə söz-söhbətlər gəzməkdədir. Belə ki, böyük ehtimallara görə Laçın rayon İcra Hakimiyyətinə təyin olunacaq yeni başçı da Zakir Fərəcova yaxın adamlardan biri olacaq. Adı yeni icra başçısı vəzifəsinə çəkilən şəxslərdən biri Laçın rayonunun deputatı olmuş, hazırda Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Mahir Abbaszadə, digər namizəd isə Abşeron rayon İcra Hakimiyyəti başçısının sosial məsələlər üzrə müavini İlham Quliyevdir.

Qeyd edək ki, dünən bir qrup laçınlı Bakıda Aqil Nəzərliyə etiraz olaraq aksiya keçirib.
Tarix: 19-12-2019, 08:43
Xəbəri paylaş





Xəbər lenti