Ölkə bələdiyyələr seçir: Ağsuda isə... - "burda mənəm, Bağdadda Kor Xəlifə" deyən var..."


Ölkə bələdiyyələr seçir: Ağsuda isə...
Hazırda ölkədə çox ciddi islahatlar gedir və əhalinin sosial məsələlərinin həllinə daha həssaslıqla yanaşılır. Ölkə başçısının dediyi kimi “Hər bir dövlət məmuru öz məsuliyyətini dərk etməlidir. Hər bir dövlət məmuru təmiz işləməlidir, xalqla bir yerdə olmalıdır, təvazökar, işgüzar və vətənpərvər olmalıdır, rüşvət almamalıdır, özünü xalqdan üstün tutmamalıdır, işlədiyi bölgələrdə, sahələrdə hörmət qazanmalıdır.”
Təəssüf ki, hələ də ölkənin birinci şəxsindən gələn bu xəbərdarlıq bəzi məmurların heç tükünü də tərpətməyib. Hətta adi kənd bələdiyyələrinin sədrləri belə az qala özünü həmin kəndin padişahı hesab edir, əhalinin hüquqlarını tapdalayır, dövlətin fond torpaqlarını dədəsindən qalma miras kimi istədiyinə satır, istəmədiyinə isə dirsək göstərir. Eynən Ağsu rayonunun Çiyni kənd bələdiyyəsinin sədri Teyyub İsmayılov kimi.

Moderator.az - a müraciət edən Ağsu rayon Çiyni kənd sakini Səadət Mehdiyeva bir neçə ildir ki, yaşadıqları kəndin Bələdiyyə sədri Teyyub İsmayılovun onların ailəsinin başına açdığı olmazın müsibətlərdən danışır.

Səadət Mehdiyevanın anası ağır yataq xəstəsidir və bildirdiyinə görə 5 il əvvəl bələdiyyə sədri ailəyə fərdi ev tikmək, həyətyanı təsərrüfat yaratmaq məqsədilə 24 sot torpaq ayırır. Həm anaya, həm də qızına. Ailə həmin sahəni görür, bəyənir və ayrılan torpağın xəritəsinə qədər hazırlatdırır.. Səadət xanım onu da bidirir ki, bələdiyyə sədri xəstə ananın qardaşının nəvəsidir. Ağsu rayonunun Çiyni kənddində yaşayan baçısı Mehdiyeva Lətafət Ədalət qızı isə 2004-cü ildə xalası oğlu Seymur İsmayılovla- yəni, bələdiyyə sədrinin əmisi ilə ailə həyatı qurublar və onların bu evlilikdən 2 oğlan övladları dünyaya gəlib. Bacısı həyat yoldaşı Seymurla birgə yaşadıqları müddətdə, ailələrinin maddi sıxıntıda olduğu üçün Seymurun yaxın qohumları evliliyə etdikləri müdaxilələr ər-arvad arasında münaqişəyə və bir ailənin dağılmasına səbəb olub. Mübahisələr sonda Lətafətin, əri Seymur İsmayılov tərəfindən döyülməsinə, şiddətə məruz qalmasına gətirib çıxarıb.
Münaqişənin dərinləşdiyini görən Lətafət həyat yoldaşından boşanmaq üçün Ağsu rayon məhkəməsinə müraciət edib. Məhkəmənin qəbul etdiyi qətnaməyə əsasən onların arasında bağlanan nikaha son qoyulub. Təəssüflər olsun ki, dağılan ailə sonradan yenə də bir yerdə yaşamağa məcbur olub. S. İsmayılov boşandıqdan sonra da ailəsinə rahatlıq verməyib. O, 14 yaşlı böyük oğlunu doğma anası ilə üz-üzə qoyub.

Xəstə ananın da torpaq almaq niyyəti də bu səbəbdən reallaşmayıb. Bələdiyyə sədri Teyyub İsmayılov əmisinə xoş gəlsin deyə tərəf olub və xəstə ailəyə daha çox sıxıntı vermək məqsədilə xəritəni nəzərə almadan torpağı başqasına satmağa qərar verib. Mehdiyeva deyir ki, indi düz 5 ildir biz yollardayıq, torpağmızı ala bilmirik və bələdiyyə sədrinin də öhdəsindən gələn qurum yoxdur. Amma bu da son olmayıb. Bələdiyyə sədri Teyyub İsmayılov dəfələrlə ailəyə hücum çəkib vəzifəsindən sui-istifadə etməklə Seymurun (əmisinin) həyat yoldaşı Lətafət xanıma hədə qorxu gəlib atası ilə birgə onu döyüb, işgəncələr verib. Hətta Lətafətdən tələb ediblər ki, evi tərk etsin. Əks halda Lətafəti yaşadığı kənddən qovub çıxaracağı ilə hədələyib. Lətafət xanım və onun doğmaları şikayət edəcəklərini deyəndə isə Teyyub İsmayılov saymazyana, özünə məxsus yekəxanalıqla deyib ki, “mən heç kimdən qorxmuram, çünki burda dövlət mənəm, istədiyimi də edirəm.”
durumla tanış olan hər kəs məsələnin nə yerdə olduğunu anlaya bilir. Amma Bələdiyyə sədri Teyyub İsmayılov haqqın harada olduğunu hələ də anlaya bilmir. İnsanlar öz haqqları olan torpaq sahəsini nəyə görə minnətlə, hətta başqa kirli yollarla almalıdır. Unutmaq olmaz ki, bu gün ölkə başçısı ən sadə vətəndaşının belə yanındadır. Lap elə Mehdiyevlər ailəsinin də. Belə olan halda Ağsu rayonunun Çiyni bələdiyyəsinin sədri Teyyub İsmayılov bu cəsarəti haradan alır? Hesab edirik aidiyyatı qurumlar məsələni tam araşdıracaq və haqqları tapdalanan bir ailəni ümidsizlikdən qurtaracaqlar.
Tarix: 20-12-2019, 10:30
Xəbəri paylaş





Xəbər lenti