İcra başçısı əlil vətəndaşa yer vermədi, tənqid olundu - FOTO
Tovuz Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Məmməd Məmmədovun rayonun Aşağı Quşçu kəndində sakinlərlə keçirdiyi görüş zamanı əlilliyi olan vətəndaşı ayaq üstə saxlaması müzakirələrə səbəb olub.
Pravda.az-ın xəbərinə görə, M.Məmmədov geniş zalda keçirilən görüşdə ön sıralarda RİH-in və yerli qurumların əməkdaşlarının əyləşməsi göstərişini verdiyi üçün qəbula gələn bəzi sakinlər ayaq üstə durmağa məcbur olublar.
Görüşdə iştirak edən əlilliyi olan şəxsin əlindəki əsaya söykənərək dayanması müzakirələrə yol açıb. Ən maraqlısı odur ki, zalda düzülən stulların heç birində əlil vətəndaşa oturmaq üçün yer verilməyib.
İstənilən halda, orada ön sıralarda məmurların oturması da qəbahətdir. Çünki qəbul sırf sakinlər üçündür.
Qeyd:Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev və onun birinci müavini Ramiz Tatarov, eləcə də Yevlax Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov saxlanılaraq, məhkəmə qərarı ilə həbs ediliblər.