Tanınmış ziyalı Şahin Nəcəfov Şəmkirlə bağlı maraqlı status paylaşıb.
Heç bir şərhə ehtiyac duymadan statusu Ovqat.com oxucularına təqdim edirik.
Yuxarıda gördüyünüz möhtəşəm bina Şəmkir Rayon Sovetinin məşhur binasıdı. Dördüncü kücənin başında yerləşirdi . Pəncərələri 20 yanvar şəhidlərinin şərəfinə ucaldılan abidəyə baxırdı. Bir tərəfi ücüncü kücədə yerləşən Rayon İcra Hakimiyyətinə, digər tərəfi beşinci kücədə yerləşən rayon prokurorluguna baxırdı.
Şəmkirdə kücələri rəqəmlə adlandırmaq mərkəzi kücələrin ilk sakinləri olmuş almanlardan qalıb. Rayon Soveti adlandırılan bu binada 28-29 hökümət və ictimai təşkilat yerləşirdi. Buranı Şəmkirin “Asan Xidmət”i də adlandırmaq olardı. Bu binadan baglı hər bir şəmkirlinin bir yaddaşı, bir xoş xatirəsi var. Rayon Sovetinin binası həm öz möhtəşəmliyi həm də yerləşdiyi məkana görə Şəmkirin simvollarından sayılırdı.
Sonra nə oldu? Sonra “Şaka”ya pul lazım oldugu ücün bu möhtəşəm və gözəl bina darmadagın edilərək boş torpagı hansısa bir iş adamına yaxşı pula satıldı. Burda məskunlaşmış 28-29 hökümət və ictimai təşkilat isə rahat yerlərindən perik salındı. Bu binanın əsas mülkiyyətcisi "Şəmkir rayon icra hakimiyyəti başcısının Şəmkir şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi" isə aşagıda gördüyünüz mal tövləsinə oxşayan binada yerləşdirildi.
Bunun adı nədi, bilmirəm: cinayyətmi, barbarlıqmı, xəyanətmi, cahillikmi? Amma hər halda bu boyda qanunsuzlugu etmək ücün ya gərək şir ürəyi yeyəsən ya da gərək arxanda şir dayansın. İstənilən halda bu gözəlliyə qəsd etmək günah idi. Şəmkirdə satılmaga yermi qəhət idi?
Bunları niyə yazıram? Əzizlərim, hər bir insanın yaddaşı oldugu kimi hər bir şəhərin, rayonun, kəndin, kücənin, tinin, agacın da yaddaşı var . O yaddaşlardı bizləri elimizə, obamıza baglayan, ruhumuzu diri tutan. Hər bir rayon rəhbəri idarə etdiyi rayonun yaddaşına, kecmişinə, xatirəsinə saygı ilə yanaşmalıdır, qorumalıdır.
Rəhmətlik dədəm deyərdi ki, pul, vəzifə yaxşı şeydir, qızdırması olmaya. Qızdırmalı rəhbərlər cənnət məmləkətimizi necədə yaşanmaz hala gətirdilər.