Ölkədə təhsilin vəziyyətinin nə halda olması çoxdanın müzakirə mövzusudur. İndiyə qədər bununla bağlı aparılmış müzakirələrdən gəlinən yekun rəq odur ki, Azərbaycanda təhsilin vəziyyəti bərbad olmaqla yanaşı, həm də yeni savadlı nəslin yetişməsinə yaramır. Hərçənd Təhsil Nazirliyi bunu inkar edir. Və onlar hər il müxtəlif rəqəmlər açıqlayaraq, uşaqların təhsil səviyyəsinin yüksəldiyini iddia edirlər.
JAMAZ.İNFO xəbər verir ki, hal hazırda elə rayonlar var ki, orada orta məktəblər nəinki günümüzün tələblərinə cavab verir, hətta təhsil almaq üçün yararlı deyil. Bir neçə gün bundan əvvəl Mingəçevirdəki orta məktəbin fotoları yayılmışdı. Həmin şəkillərə baxdıqda ilk təəssürat bu ourdu ki, həmin məktəb Azərbaycanda deyil, hansısa Afrika ölkələrindən birində fəaliyyət göstərir. Halbuki Mingəçevir Azərbaycanın ən böyük 4 və ya 5-ci şəhəri hesab olunur.
Bu günlərdə isə bərbad vəziyyətdə olan, daha çox at tövləsinə bənzəyən daha bir məktəbin fotoları yayılıb. JAMAZ.İNFO xəbər verir ki, tanınmış satirik şair, keçmiş siyasi məhbus Tofiq Həsənlinin yaydığı fotolardan görünən odur ki, Lənkəranın Məmməd Qarayev adına Zövlə kənd orta məktəbi bərbad haldadır. Orada uşaqların təhsil alması belə risklidir. Çünki binanın divarları az qala yerə tökülür.
Əldə etdiyimi digər fotolardan isə belə aydın olur ki, məktəbin binasında isitmə sistemi yoxdur. Elə bu səbəbdəndir ki, müəllim və şagirdlər dərsdə isti geyimlərdə əyləşməli olurlar.
Məsələ ilə əlaqədar aidiyyatı qurumların tədbir görməmələrinə gəlincə, bu barədə konkret səbəb göstərilmir. Bununla əlaqədar Lənkəran Təhsil Şöbəsi ilə əlaqə saxlayıb, onların da fikirlərini öyrənmək cəhdlərimiz alınmadı.