Kürdəmirdə dövlət tenderlərini KİMLƏR UDUR? - SİYAHI


Kürdəmirdə dövlət tenderlərini KİMLƏR UDUR?
Bu ilin yanvar-dekabr aylarında Kürdəmir rayonunda dövlət qurumları tərəfindən ümumi məbləği 1 milyon 665 min 252 manat olan 35 tender keçirilib.

FED.az-ın-ın məlumatına görə, ən çox tender keçirən Kürdəmir rayon İcra Hakimiyyəti olub. Kürdəmir rayon İcra Hakimiyyəti ümumi məbləği 551 min 671 manatlıq tender müqavilələri bağlayıb.

Bağladığı tenderlərin ümumi məbləği ən çox olan dövlət qurumu Kürdəmir Regional Mədəniyyət İdarəsidir. Qurumun tenderlərinin ümumi məbləği 570 min 432 manat olub.

Kürdəmir rayon Mərkəzi Xəstəxanası ümumi məbləği 235 min 880 olan 9 tender müqaviləsi bağlayıb.

Rayonun ən böyük tenderini "ATF" MMC udub. Tenderi keçirən qurum isə İcra Hakimiyyəti olub. Tender 298 min 772 manat məbləğində olub.

Rayonda ən çox tender udan şirkətlər "İnpeks.N" MMC və "AYSBERQ SH" MMC-dir. "İnpeks.N" MMC şirkəti 405 min 494 manat olan 18 tender, "AYSBERQ SH" MMC ümumi məbləği 345 min 559 manat olan 6 tenderin qalibi olub.

Ümumiyyətlə, "İnpeks.N" MMC Kürdəmir rayonunda keçirilən dövlət tenderlərinin yarıdan çoxunu udub.

Bundan başqa rayonda Kürdəmir rayon Polis Şöbəsi, Kürdəmir Suvarma Sistemləri İdarəsi və başqa qurumlar da satınalmalar həyata keçirib.


Kürdəmirdə dövlət tenderlərini KİMLƏR UDUR?
Kürdəmirdə dövlət tenderlərini KİMLƏR UDUR?
Kürdəmirdə dövlət tenderlərini KİMLƏR UDUR?
Kürdəmirdə dövlət tenderlərini KİMLƏR UDUR?
Kürdəmirdə dövlət tenderlərini KİMLƏR UDUR?
Tarix: 24-12-2019, 21:16
Xəbəri paylaş





Xəbər lenti