"Kənddə yaşamağın nə adı var..." - GİLEY


"Kənddə yaşamağın nə adı var..."
Şəki rayonun Baş Göynük kənd sakinlərindən Xəlfətov Zaməddin və digər 63 nəfər sakinlər tərəfindən bir sıra dövlət qurumlarının rəhbərlərinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Biz uzun müddətdir ki, yaşadığımız Baş Göynük kəndinə məxsus və bizə pay verilmiş torpaq sahələrində işləyib ailəmizi dolandırmaqla məşğuluq. Hazırda şəxsi təssərrüfatla-maldarlıqla, dirrik-tərəvəz yetişdirməklə məşğuluq.Lakin kənddə yaşamağımıza baxmayaraq mal otarmağa torpaq sahəmiz olmadığından mal-qara saxlaya bilmirik.Məcbur olub süd-qatıq məhsullarını Şəki şəhər bazarından alaq. Halbuki bir balaca şəraitimiz olsa biz kənd camaatı bu məhsulları özümüz istehsal edə və hətta şəhər camaatına sata da bilərik. Bununla bazarda bolluq yaradarıq.

Yaşadığımız bu ərazidə təxminən 90-a yaxın ailə maldarçılıq, əkinçilik və bağçılıqla məşğul olur. Hər bir ailənin ən azı bir sağılan mal-qarası vardır ki, bununla ailənin minimum dolanacağını təmin edə bilirik. Yaşadığımız ərazinin yaxınlığında yerləşən yerli Bələdiyyəyə məxsus örüş ərazisində illər uzunu mal-qaramızı otarmaqla məşğul olmuşuq. Lakin son vaxtlar yerli bələdiyyənin balansında olan torpaqlar icarə müqavilələri adı ilə hansısa iri məmurlara satılmışdır. Biz bunu demək istəyirik ki, yerli bələdiyyə bu torpaqları hansısa məmurlara satınca, heç olmasa bizim yerli camaata icarə müqavilə əsasında versin ki, biz də mal-qaramızı saxlaya bilək. Əgər biz kənddə yaşayıb mal-qara saxlaya bilmiriksə, kənddə yaşamağın nə adı var.Kənd ərazisində olan torpaqların 50 %-ni qanunsuz olaraq hansısa məmurlara satıblar ( min ha-la sahə nəzərdə tutulur) Onların fikri budur ki, biz kənd camaatını sıxışdırıb kənddən çıxarmaqdır. Bunu həm də təxribat hesab edirik. Xahiş edirik ki, bizim bu müraciətimizi nəzərə alıb kənd camaatına mal-qarasını otarmaq üçün bələdiyyə torpaqlarından örüş sahəsi ayrılması üçün köməklik göstərəsiniz".
Tarix: 8-01-2020, 19:34
Xəbəri paylaş





Xəbər lenti